Hansı partiya Gülər Əhmədovanı sıralarında görmək istəyir? - Sorğu
Bizi izləyin

Nida.az

Hansı partiya Gülər Əhmədovanı sıralarında görmək istəyir? - Sorğu

Hansı partiya Gülər Əhmədovanı sıralarında görmək istəyir?-Sorğu

Sabiq millət vəkili Gülər Əhmədova azadlığa çıxdı. Onun məhkumluq cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti təyin olunaraq cəzası şərti hesab edildi.

Bundan sonra onun siyasi fəaliyyətinə qayıdıb-qayıtmaması məsələsi gündəmdədir. Özü hələ ki belə bir fikrinin olmadığını deyir. Əvvəl üzvü olduğu YAP rəsmisi Siyavuş Novruzov deyib ki, sabiq deputat şərti cəzası başa çatdıqdan sonra üzlük üçün müraciət etsə buna partiyada baxıla bilər.

Maraqlıdır, digər siyasi partiyalardan hansı Gülər Əhmədovanı öz sıralarında görmək istəyər?

Publika.Az bununla bağlı sorğu keçirib.

AMİP sədri Yusif Bağırzadə deyib ki, bu kollegial qərarla həll olunana məsələdir: “Bizim partiyada üzvlük məsələsi ümumi qərarla verilir. Bu barədə təkcə qərar verə bilmərəm. Hazırda bu barədə söz deyə bilmərəm. Çünki bütün bu məsələlər-çıxarılma, qəbul, vəzifəyə təyin olunma, vəzifədən uzaqlaşdırılma kollegial qərarla həll olunan məsələlərdir”.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bu barədə danışmaqdan imtina edib.
Mustafa Hacıbəyli isə bunu mücərrəd məsələ adlandırıb: “Ortada üzvlük üçün müraciət edən, ərizə verən yoxdursa, bundan danışmaq da mənasızdır”.

KXCP sədrinin müavini Xəzər Teyyub bildirib ki, sabiq deputata qarşı irəli sürülən ittihamlar olduqca ciddidir: “Buna görə inanmıram ki, KXCP üzvləri onunla eyni sırada olmağı arzulasınlar, yaxud buna səs versinlər”.

ASDP sədri Araz Əlizadə də bunun mümkünsüz olduğunu deyib.
“Biz Arzu Abdullayevə, Leyla Yunusa dözmədik, Gülər Əhmədovaya necə dözək?”-deyə partiya sədri bildirib.

“Azadlıq” Partiyasının sədri Əhməd Oruc isə Gülər Əhmədovanın onlarla eyni sırada olmaq üçün müraciət edə biləcəyi ehtimalına inanmır: “Belə bir şey mümkün ola bilməz. İnanmıram ki, o üzvlük üçün bizə müraciət etsin. Digər tərəfdən, “Azadlıq” onun partiya ola bilməz. O, yalnız YAP-da ola bilər”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm