Partiya sədri: “Məsələnin kökündə pul məsələsi dayanır”
Bizi izləyin

Nida.az

Partiya sədri: “Məsələnin kökündə pul məsələsi dayanır”

Rüstəm “papağını qabağına qoyub” fikirləşir ki, “mən hərif deyiləm, yerdə qalan “nə isə” özümə də lazım ola bilər

“Cəmil Həsənli Yusif Sərracdır. “Aldanmış kəvakib” əsərinin qəhrəmanı rolunu yerinə yetirir”.Bu barədə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Publika.Az –a açıqlamasında Milli Şura ətrafında baş verən proseslərə münasibət bildirərkən deyib.

ASDP sədri hesab edir ki, Milli Şuranın indiki vəziyyətə düşməsinin kökündə pul məsələsi dayanır. Onun sözlərinə görə, Rüstəm İbrahimbəyovun seçkilər ərəfəsində ictimaiyyət qarşısında geniş anonsunu verdiyi və Rusiya, Avropa və Amerika Birləşmiş Ştatalrından cəlb etməyə hazırlaşdığı pulları xatırlamaq lazımdır: “Ehtimal olunur ki, o, hər halda “nə isə” yığa bilmişdi və “nə isə” vermişdi, ancaq görəndə ki, verdiyi “nə isə” hər şeyə-avtomobil, mənzil, villa, ailə-məişət və s-xərclənsə də, bircə siyasi mübarizəyə yönəldilmir, onda Rüstəm “papağını qabağına qoyub” fikirləşir ki, “mən hərif deyiləm, yerdə qalan “nə isə” özümə də lazım ola bilər”.
A. Əlizadə Milli Şuranın müxalifət olmadığını deyib. Bildirib ki, onlar özləri-özlərini demokratik müxalifət elan ediblər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm