Nida.az
Sabiq dövlət müşaviri: “Türkiyə birliyin yaradılmasına əmək sərf edir”
“Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi blok yaratması yeni məsələ deyil. Bu əvvəlcə iqtisadi, sonra hərbi zəmində olmalı idi. Saakaşvili buna qoşulmaq istədiklərini bəyan etmişdi, sadəcə olaraq onun gedişi bunun reallaşmasını bir qədər ləngitdi”.
Bu barədə sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Publika.Az-a açıqlamasında ü ölkə prezidentinin Tbilisidə keçirilən görüşündə yeni təhlükəsizlik sistemi barədə müzakirə aparması xəbərlərinə münasibət bildirərkən deyib. Lakin politoloq hesab edir ki, bu Rusiya təhlükəsi ilə bağlı deyil. Onun sözlərinə görə, əvvəldən olan belə bir təşəbbüs Gürcüstanda hakimiyyət dəyişikliyi ilə ləngisə də, sonradan Ankara və Bakının aktiv səyləri nəticəsində yenidən gündəmə gəlib.
“Düzdür, Gürcüstanın buna razı olması da asan olmadı. Çünki Gürcüstanda bunu sabotaj etməyə çalışan, Rusiyanın tapşırığı ilə hərəkət edənlər hələ də var. Lakin Rusiyanın Ukraynaya müdaxiləsi bu qüvvələrin mövqelərini zəiflədib. Anlamağa başlayıblar ki, Gürcüstan iqtisadiyyatının 60 faizdən çoxu Azərbaycanın hesabına formalaşır. Üstəlik qarşıda daha böyük layihələr var ki, bu, Gürcüstanın strateji və iqtisadi vəziyyətini xeyli yüksəldə bilər. Azərbaycan və Türkmənistan qazı, ola bilsin İran da bura daxil oldu, Gürcüstan vasitəsilə Avropaya çıxarıla bilər”-deyə politoloq qeyd edib.
Q. Hüseynli bildirib ki, son vaxtlar Rusiya ən azı politoloqları səviyyəsində təzyiqləri açıq şəkildə dilə gətirir: “Bunun fonunda NATO üzvü olan Türkiyə belə bir birliyin yaradılmasına kifayət qədər əmək sərf edir. Hər-halda birinci sammit baş tutdu. Ortada ciddi bir sənəd olmasa da, bu, başlanğıcın qoyulması deməkdir. Hesab edirəm ki, bunun üçün bir neçə görüşə ehtiyac olsa da, perspektiv baxımından realdır”.
Qeyd edək ki, diplomatik mənbənin məlumatına görə (http://publika.az/p/18926 ), üç
ölkə arasında yeni hərbi blok yaradıla bilər. Blokun adının
Regional Əməkdaşlıq Mərkəzi (CERCO) ola biləcəyi deyilir.
Asif
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq