“Bakıda açılan lisey Fransanın ikinci parçası olacaq”
Bizi izləyin

Nida.az

“Bakıda açılan lisey Fransanın ikinci parçası olacaq”

"Cənab Prezident, mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz, bu Sizin Azərbaycana ilk səfərinizdir. Əminəm ki, Sizin rəsmi səfəriniz Fransa-Azərbaycan dostluq əlaqələrinin inkişafında mühüm addım olacaqdır, bizim əlaqələrimi

"Cənab Prezident, mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz, bu Sizin Azərbaycana ilk səfərinizdir. Əminəm ki, Sizin rəsmi səfəriniz Fransa-Azərbaycan dostluq əlaqələrinin inkişafında mühüm addım olacaqdır, bizim əlaqələrimizə yeni təkan verəcəkdir".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollandla birgə Bakı Fransız Liseyinin tikintisi ilə tanış olduqdan sonra çıxışında deyib.

İlham Əliyevin sözlərinə görə, 20 ildən artıqdır ki, bizim ölkələrmiz bir-biri ilə sıx əməkdaşlıq edir, əməkdaşlıq müxtəlif sahələri əhatə edir və gündən-günə möhkəmlənir: "Bizim çox sıx siyasi əlaqələrimiz var və Sizin rəsmi səfəriniz bunu təsdiqləyir. Daim siyasi dialoq aparılır, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılır, beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirik. Bir sözlə, bizim siyasi əlaqələrimizin yüksək səviyyədə olması bütün başqa sahələrə də müsbət təsir edir".

Dövlət başçısı bildirib ki, sabah iqtisadi sahədə görüləcək işlərə yeni təkan vermək üçün biznes forum keçiriləcək: "Mən çox şadam ki, sizinlə bərabər Azərbaycana Fransadan çoxsaylı iş adamları gəlmişlər. Əminəm ki, biznes forumun nəticələri də çox yaxşı olacaq. Çünki bizim aramızda olan ticarət əlaqələri də güclənir, möhkəmlənir və bildiyiniz kimi, Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir. Eyni zamanda, humanitar sahədə əməkdaşlıq inkişafdadır, o cümlədən təhsil sahəsində yüzlərlə Azərbaycan gənci hazırda Fransanın ali məktəblərində təhsil alır və bu proses davam edir".

İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan təhsilin inkişafına çox böyük əhəmiyyət verir: "Dövlət xətti ilə minlərlə Azərbaycan gənci dünyanın aparıcı ali məktəblərində dövlət hesabına təhsil alır. Sizin səfərinizin bu məktəbdə başlaması Sizin də bu sahəyə böyük diqqət verməyinizi əyani şəkildə sübut edir. Yəni burada bizim məqsədlərimiz üst-üstə düşür və əminəm ki, bu liseydə təhsil alacaq uşaqlar gələcəkdə Fransa-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcəklər. Burada fransalı uşaqlar öz ana dilində təhsil alacaqlar, öz vətəninə bağlı olacaqlar. Azərbaycanlı uşaqlar isə fransız dilini mükəmməl biləcək, eyni zamanda, bu liseydə Fransanın qədim tarixi, zəngin mədəniyyəti ilə tanış olacaqlar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm