• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Bəziləri Heydər Əliyevin vəsiyyətlərinin dəfn edilməsinə çalışır”

  • Nida.az
  • 12 May 2014 11:12
  • 1 704 Baxış
“Bəziləri Heydər Əliyevin vəsiyyətlərinin dəfn edilməsinə çalışır”

“Azərros” Ağsaqqallar Şurasının sədri, Azərbaycan baş nazirinin keçmiş birinci müavini Abbas Abbasov Heydər Əliyevə münasibətinin dəyişmədiyini açıqlayıb.

Publika.Az “Azərros”-un rəsmi saytına istinadən xəbər verir ki, A. Abbasov Heydər Əliyevin 91 illik ildönümü münasibətilə yazı ilə çıxış edib. O, məqaləsində Heydər Əliyevin yolundan danışaraq Azərbaycanın müstəqilliyi üçün onun əhəmiyyətini vurğulayıb: “Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi heç vaxt xırdaçı deyildi. O, ümumdövlət miqyasındakı məsələlərlə bağlı qərar verərkən həmişə sadə insanlar, onların ümidləri haqqında düşünürdü. Lakin təkcə ölkə daxilində deyil, xaricində yaşayan azərbaycanlılar da bu qərarın çevrəsinə daxil idi. Dünyanın demək olar ki, 70 ölkəsində milyonlarla azərbaycanlı yaşayır. Sərhədlərin dəyişməsi, müxtəlif tarixi dövrlərdə ictimai-siyasi hadisələr nəticəsində azərbaycanlılar Vətənin xaricində yaşayıblar. Təkcə Rusiyada ekspertlərin qiymətləndirmələrinə görə, 2 milyondan yuxarı azərbaycanlı yaşayır. Heydər Əliyev həmyerlilərimizi birləşdirmək üçün düşünürdü”.

Daha sonra dünya azərbaycanlılarının bir ideya ətrafında birləşdirilməsi istiqamətində Heydər Əliyevin atdığı addımlara diqqət çəkən A. Abbasov azərbaycançılıq ideyasında danışıb. Onun sözlərinə görə, Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayındakı çağırışları təsadüfi deyil.

“Məni daha çox hirsləndirən və üzərində düşündürən odur ki, bəzi xadimlər bu vəsiyyətlərin, nəsihətlərin tamamilə dəfn edilməsinə çalışır. Halbuki güclü Azərbaycan diasporunun yaradılması yaxın gələcəkdə baş verdi, nəinki bunun üçün uzaq gələcəyi gözləmək lazım oldu. Nəhayət gəlin qollarımızı çırmalayıb Heydər Əliyevin irəli sürdüyü ideyanı mövcud imkanlarımızdan istifadə edərək həyata keçirdək”.

A. Abbasov qeyd edib ki, azərbaycanlılar həyatın bütün sferalarına malikdirlər. Demək olar ki, Rusiyanın və dünyanın hər guşəsində yaradılmış ictimai təşkilatlarda çalışır, mədəniyyətimizi, tariximi, adət-ənənələrimizi təbliğ edir, öz həmyerlilərini dəstəkləyirlər. Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti artıq 15 ildir öz həmyerlilərini ləyaqətlə təmsil edir və birləşmək üçün bütünü mümkün olanı həyata keçirir. Öz fəaliyyətimdə mən həmişə ümumbəşəri prinsipləri və onun komandası altında işləmiş silahdaşı kimi Heydər Əliyev ideyalarının rəhbər tuturam. Heydər Əliyev həmişə arzu edirdi ki, hər bir azərbaycanlı öz ölkəsində yaxşı yaşasın, öz mövqeyini bərkitsin, öz rifahını yaxşılaşdırsın, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etsin”.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR