Kaliforniya mətbuatı ermənipərəst qətnaməni pislədi
Bizi izləyin

Nida.az

Kaliforniya mətbuatı ermənipərəst qətnaməni pislədi

Erməni lobbisinin güclü təzyiqləri ilə Kaliforniya Ştat Assambleyasının mayın 5-də müzakirə etdiyi, mayın 8-də qəbul etdiyi qondarma “DQR”lə bağlı qətnaməni Kaliforniya KİV-ləri etirazla qarşılayıblar.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Teleqraf.com-a verilən məlumata görə, KİV-lərin əksəriyyəti ABŞ hökuməti və bütün dünya birliyi tərəfindən Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi tanındığını bildirərək, bu qətnaməni ABŞ-ın xarici siyasətinə Kaliforniya Assambleyasının ziyanlı müdaxiləsi kimi qiymətləndiriblər. Belə ki, Kaliforniya siyasi dairələrinin ən çox oxunan “Sacramento Bee” qəzetinin tanınmış müxbiri Dan Uolters qətnamə ilə bağlı video-bloq vasitəsilə çıxış edərək, bunları bildirib: “Kaliforniya qanunvericilik orqanı bizim ödədiyimiz vergilərdən istifadə edərək, lazımsız işlərlə məşğul olur və mürəkkəb xarici siyasi məsələlərə burnunu soxur. Məsələn, götürək Dağlıq Qarabağ ilə bağlı qətnaməni. ABŞ bu bölgəni Azərbaycan ərazisi kimi tanıyır. Ancaq Qatto qətnaməsi isə bunun əksini söyləyir. Bu, Kaliforniyanın nəyinə lazımdır?” Qətnamənin müəllifi, ermənipərəst Assambleya üzvü Mayk Qattonun seçki dairəsində də qətnamə narazılıqla qarşılanıb. Sözügedən dairədə dərc olunan “Crescenta Valley Weekly”qəzetinin müxbiri Ted Ayala öz məqaləsində Ermənistanın təcavüzkarlığı nəticəsində yüz minlərlərlə azərbaycanlının Ermənistandan, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin salındığını, ABŞ hökumətinin, həmçinin BMT Təhlüksəzilik Şurasının qəbul etdiyi 4 qətnamənin Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bildirib. Kaliforniya siyasi dairələrində geniş şəkildə oxunan analitik bloq - “California Political News & Views” saytında dərc olunmuş “Sakramento demokratları iş yerləri yaratmaq əvəzinə xarici siyasətlə məşğuldurlar” başlıqlı məqalədə isə qeyd olunur ki, “Kaliforniya depressiya içindədir, işsizlik 15 faizdir, vergilər yüksəkdir, iş yerləri bağlanmaqdadır, pensiya sistemi tənəzzül etməkdədir, 16,7 milyard dollarlıq büdcə kəsiri var, ancaq bütün bunları həll etmək əvəzinə Ştat Assambleyasının üzvü Mayk Qatto Ermənistanla Azərbaycan arasında olan məsələyə dair qətnamə hazırlamağa vaxt tapır”. “Los Angeles Times” qəzetinin dərc etdiyi iki məqalədə isə müəllif Melani Meyson ABŞ hökumətinin Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını, buna görə də, bu qətnamənin ABŞ-ın xarici siyasətinə zidd olduğunu və xüsusilə şərqi Ukraynada hazırda baş verən hadisələr fonunda belə bir ziddiyyətin yersizliyini qeyd edir. Separatçılıq və etnik münaqişələr üzrə ixtisaslaşan “Springtime of Nations” siyasi bloqunda dərc olunmuş “Kaliforniya Assambleyası etnik təmizləməyə haqq qazandıran qətnamə qəbul etdi” başlıqlı məqalədə də sözügedən qətnamə kəskin tənqid olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm