Novruz Məmmədovdan “Soma faciəsi” açıqlaması
Bizi izləyin

Nida.az

Novruz Məmmədovdan “Soma faciəsi” açıqlaması

Novruz Məmmədovdan “Soma faciəsi” açıqlaması

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyədə Manisa vilayətinin Soma şəhərində kömür mədənində baş vermiş partlayışla əlaqədar qardaş ölkənin vətəndaşlarına başsağlığı verib.

Publika.Az xəbər verir ki, N. Məmmədov “Twitter” səhifəsində “Manisadakı faciə nəticəsində həyatını itirən bütün qardaşlarımıza Allah rəhmət eləsin” deyə yazıb.

Qeyd edək ki, Manisa vilayətində kömür mədənində baş vermiş partlayışda 205 nəfər həlak olub. Faciə ilə əlaqədar Türkiyədə üçgünlük matəm elan olunub.Göstərilən müddət ərzində ölkə ərazisində, eləcə də bütün diplomatik nümayəndəliklərin binalarında dövlət bayraqları endiriləcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm