Nida.az
Tale Heydərov jurnalistləri qınadı
“Əminliklə deyə bilərik ki, Azərbaycanın lobbiçilik sahəsində bugünkü fəaliyyəti əvvəlki illərə nisbətən daha yüksəkdir”. Bu fikirləri APA TV-yə açıqlamasında Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov deyib. Onun sözlərinə görə, azərbaycanlılar qurumun xarici ölkələrdə həyata keçirdiyi tədbir və layihələrə geniş şəkildə cəlb olunublar: “Ümumiyyətlə tədbirlər, müxtəlif layihələrdə həmişə çalışırıq ki, ilk növbədə bu işlər azərbaycanlılarla görək. Çünki azərbaycanlıların və ya xaricilərin bu işlərə qatılmasında böyük fərq var. Çoxsaylı azərbaycanlılar da var ki, bizim bu işlərimizdə bizə aktiv şəkildə köməklik göstərirlər”.
Tale Heydərov Avropa Azərbaycan Cəmiyyətinin
xaricdə təhsil alan soydaşlarımızın problemlərinin həllinə kömək
etməyə çalışdığını deyib: “Onların təhsillə bağlı hər hansısa
problemi olursa, biz ya cəmiyyət olaraq kömək etməyə çalışırıq, ya
da onları müvafiq qurumlara yönəldirik. Amma açığı, çox vaxt
azərbaycanlılar Azərbaycanın təbliğatı ilə bağlı bizə dəstək vermək
üçün cəmiyyətimizə müraciət edirlər. Dağlıq Qarabağ məsələsində
əvvəlki illərə nisbətən azərbaycanlıların səsi daha yüksəklərdən
gəlir. Amma bu sahədə görüləsi işlər çoxdur. Təəssüf ki, Azərbaycan
gənclərinin hamısı o qədər fəal deyil. Bunun da müxtəlif səbəbləri
var. Bəzilərinin vaxtı olmur, bəziləri təhsillə əlaqədar bu işlərə
qatıla bilmirlər, bəzilərinin həvəsi olmur”.
Tale Heydərov Azərbaycanın haqq səsinin dünyaya
çatdırılması istiqamətində görülməli çox işlərin olduğunu deyib:
“Çünki erməni tərəfi fəaldır. Amma bizim bir üstünlüyümüz var ki,
biz sayca onlardan çoxuq. Bizim səsimiz ermənilərə nisbətən daha
yüksəklərdən gəlməlidir. Bunun üçün say baxımımdan gücümüz var.
Amma effektivlik baxımından, gördüyümüz işlərin nəticəsi baxımından
hələ daha çox işlər görməliyik. Biz bu işi AAC olaraq görürük,
yükün böyük bir hissəsi də fərdi olaraq insanlarında üzərinə düşür.
Yaşadıqları rayonda jurnalistə və ya deputata göndərilən bir məktub
çox şeyi dəyişə bilər, fərdi işlər bizİm cəmiyyətin iştirakı
olmadan da aparıla bilər”.
Tale Heydərov Avropa Azərbaycan Cəmiyyətinin bir
çox layihələr həyata keçirdiyini deyib: “Qarabağ haqqında qədim
tarixdən indiki dövrə dair rusca yazılmış müxtəlif məqalələr
toplusu kitab halında çap olunub. Həmin kitabda azərbaycanlı və
xarici müəlliflərin məqalələri yer alır. Bu yaxınlarda o toplunun
təqdimatı olacaq. Bu kitabın ingilis və Azərbaycan dillərinə
tərcüməsi planlaşdırılır. Eyni zamanda Xocalı faciəsi haqqında
indiyə kimi müxtəlif xarici media orqanlarında yazılmış məqalələr
toplanır. Eyni zamanda dünyada müxtəlif təşkilatların Qarabağ
münaqişəsi haqqında verdikləri bəyanatlarının toplusu hazırlanır.
Müxtəlif Avropa ölkələrində Azərbaycanın təbiətini və müxtəlif
sahələrini əks etdirən fotoşəkillərdən ibarət sərginin təşkili
nəzərdə tutulub. Türk dilində tariximizi və ölkəmizi tanıdacaq
müxtəlif kitablar toplusu üzərində işləyirik. Fransız dilində də
buna oxşar layihələr planlaşdırmışıq. Bizim işlərimizin əsas
istiqaməti Avropa siyasətçilərinə Azərbaycanın tanıtmaq və Qarabağ
həqiqətlərini onlara çatdırmaqdan ibarətdir”.
AAC sədri yerli və əcnəbi media orqanlarında
Azərbaycanla bağlı həqiqətəuyğun olmayan n xəbərlərin yer alması
məsələsinə də toxunub: “Bu məsələyə iki cür baxmaq olar. Əvvəlcə
onu deyim ki, xarici media, xüsusilə erməni lobbisinin təsirində
olan media həmişə Azərbaycan uğrunda görülən işləri pisləmək
niyyətindədir və bunları biz təbii qarşılamalıyıq. Amma təəssüf ki,
bəzi Azərbaycan jurnalistləri həqiqəti araşdırmadan xarici mediada
yazılanları olduğu kimi yerli mətbuatda dərc edirlər. Bu,
təqdirəlayiq hal deyil. Amma digər tərəfdən hər bir jurnalistin
obyektiv şəkildə müəyyən məsələləri araşdırıb, sübutlarla istənilən
mövqeyi nümayiş etdirməyə haqqı var. Mən də bu haqqı dəstəkləyirəm.
Hər bir jurnalist istər azərbaycanlı, istər xarici olsun, azad
şəkildə öz fikirlərini, görüşlərini yaza bilər. Mən buna çox normal
baxıram”.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi