28 mayda əfv olacaqmı?- CAVAB
Bizi izləyin

Nida.az

28 mayda əfv olacaqmı?- CAVAB

28 mayda əfv olacaqmı?- Əfv komissiyasının üzvü aydınlıq gətirdi

“Əfvin 28 mayda, yaxud nə zaman olacağı birbaşa prezidentin səlahiyyətində olan məsələdir. Bunu indidən demək çətindir”.

Bu barədə Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı Publika.az-a açıqlamasında mayın 28-də əfvin olacağı ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Əfv Komissiyası ilboyu işləyir: “Müxtəlif toplantılar keçirir. Məhkumların ailələrinin müraciətlərinə baxılır. Bu daimi komissiyadır, fasilələrlə işləmir. İstənilən müraciət istənilən vaxt daxil ola bilər. Biz bu müraciətləri toplayıb nə vaxtsa baxmırıq. İlboyu mütəmadi olaraq əfvlə bağlı müraciətlərə baxırıq. Onları əfv sektorunda işləyir, məhkumun törətdiyi cinayəti araşdırır, qarşı tərəfin fikrini öyrənir, cəzaçəkmə müəssisəsi ilə birgə çalışırıq”.

M. İbrahimqızı qeyd edib ki, əfvin nə vaxt olacağını komissiya üzvləri müəyyənləşdirmir: “Bu prezidentin müstəsna hüququdur və yalnız dövlət başçısı bununla bağlı qərar verir. Hazırda əfvin olacağı, yaxud olmayacağını biz dəqiq bilmirik”.

Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə azvision.az-a açıqlamasında Əfv fərmanının gözlənildiyini bildirib. Deputat qeyd edib ki, Əfv Komissiyası artıq bununla bağlı bir neçə iclasını keçirib.

“Hesab edirəm ki, bu ay ərzində, yəqin ki, 28 maya qədər əfv fərmanı veriləcək. Gözlənilir ki, cənab prezident humanistlik nümayiş etdirərək əfv fərmanı verəcək. Əfv fərmanının olub-olmayacağını prezidentdən başqa heç kim dəqiq bilmir, amma gözlənilir ki, bu ay əfv fərmanı imzalanacaq”-deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm