Abbas Abbasov konfransına Bakıdan heç kimi dəvət etməyib – Özəl
Bizi izləyin

Nida.az

Abbas Abbasov konfransına Bakıdan heç kimi dəvət etməyib – Özəl

Abbas Abbasov konfransına Bakıdan heç kimi dəvət etməyib – Özəl

“Azerros”un mayın 26-da keçiriləcək konfransına Bakıdan heç kim dəvət olunmayıb.

Bu barədə Publika.az-a “Azerros”un adının çəkilməsini istəməyən əməkdaşı məlumat verib. Onun sözlərinə görə, hazırda bu qurumla Bakıda heç kim işləmir: “Ötən il məlum hadisələrdən sonra Diaspor Komitəsi ilə əlaqələr kəsildi. Bakıda bizə və rəhbərimiz Abbas Abbasova qarşı aparılan kampaniya nəticəsində bütün körpülər yandırıldı. İndi biz Bakıdan rəsmilərdən kimisə dəvət etsək belə, onlar gəlməyəcək. Hətta sıravi şəxs belə bizim konfransımıza qatılsa, bu, birmənalı qarşılanmayacaq. Ona görə də Bakıya dəvət göndərməmək qərarı verildi”.

Qeyd edək ki, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin – “Azerros”un 15 illik yubileyi ərəfəsində Moskvada Millətlər Evində keçiriləcək konfrans RusiyaAzərbaycan münasibətlərinə həsr olunub.

Konfransda əsas müzakirə mövzuları “RusiyaAzərbaycan münasibətlərinin tarixi”, “Rusiyanın ictimai həyatına, mədəniyyətinə, iqtisadiyyatına azərbaycanlıların töhfəsi”, “RusiyaAzərbaycan münasibətlərinin inkişafında Rusiyanın Azərbaycan və Azərbaycanın rus icmalarının rolu”, “Rusiya və Azərbaycan xalqlarının əməkdaşlığında tarixi təcrübə” olacaq.

Qurumun əməkdaşı əlavə edib ki, konfransa Bakıdan dəvətlilər olmasa da, Rusiyanın müxtəlif bölgələrindən, eləcə də Avropada yaşayan azərbaycanlılardan da qatılanlar olacaq.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm