Ukrayna azərbaycanlıları Kliçkonun yanında - FOTOLAR
Bizi izləyin

Nida.az

Ukrayna azərbaycanlıları Kliçkonun yanında - FOTOLAR

Ukrayna Azərbaycanlıları Kliçkonu dəstəklədi

May ayının 21-də Ukraynanın Kiyev şəhərində “Prezident” hoteldə Ümumukrayna Birləşmiş Diasporunun (UABD) “Müasir Ukrayna: Azərbaycan diasporunun dövlətin inkişafındakı yeri və rolu” 3-cü forumu keçirilib.

UABD-dan Publika.az-a verilən məlumata görə, forumda müxtəlif sferada çalışan azərbaycanlı alimlər, iş adamları və ziyalılar iştirak edib. İki hissədən ibarət forumun birinci hissəsində diasporda olan problemlər və inkişaf perspektivləri müzakirə olunub.

UABD-nin sədri Hikmət Cavadovun açılış nitqindən sonra Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli forum iştirakçılarını salamlayıb və forumun gedişinə uğurlar arzulayıb.
Səfir bildirib ki, bu cür forumun ardıcıl olaraq 3-cü dəfə keçirilməsi məqsədəuyğun və təqdirəlayiqdir.
E. Mədətli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xaricdə yaşayan azərbaycanlılara hər zaman dəstək verir və diaspor fəaliyyətini yüksək qiymətləndirir.

Bundan əlavə, 1-ci hissədə UABD-nin Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) və Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə nəşr olunan dərsliklərin təqdimatı keçirilib.
Forumun iştirakçıları təqdim olunan dərsliyin azərbaycanlı məktəblilərin və ümumilikdə Azərbaycan dilini öyrənmək istəyənlər üçün çox dəyəli olduğunu qeyd ediblər. Forum zamanı Ukraynada fəaliyyət göstərən Diaspora TV-nin tədqimatı keçirilib.

Forumun ikinci hissəsində UABD-nin fəalları mayın 25-də Ukrayna prezidenti və Kiyev şəhər meri postlarına keçiriləcək seçkiləri müzakirə etdilər. UABD-nin sədri Hikmət Cavadov qeyd edib ki, UABD-nin üzvləri həm Kiyev, həm də Ukraynanın digər vilayətlərində Ukrayna xalqının azadlıq hərəkatında Ukrayna xalqı ilə çiyin-çiyinə mübarizə aparıb. Bu mübarizədə ən aktiv siyası qüvvə sayılan “Udar” siyasi partiyası və onun lideri Vitali Kliçko ilə uğurlu əməkdaşlıq ediblər və bu gün də partiya lideri ilə UABD-nin sədri mütəmadi olaraq görüşlər keçirir.

Bu partiyanın prezident və mer seçkilərində qalib gələcəyi təqdirdə Azərbaycan diasporunun fəaliyyəti üçün daha da uğurlu imkanlar yaranacaq. Diaspora rəhbərinin sözlərinə görə, bu halda azərbaycanlıların Ukrayna Dumasına daxil olması asanlaşacaq, eləcə də azərbaycanlı iş adamları geniş iş imkanları yaradılacaq. Ən əsası Ukrayna-Azərbaycan dövlətlər arası münasibətlər daha da möhkəmlənəcək.

Müzakirələrdən sonra Forum iştirakçıları Prezident seçkilərində Pyotr Poroşenko və mer seçkilərində Vitali Kliçkonun namizədliyini dəstəkləyəcəklərini bəyan ediblər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm