"ABŞ Morninqstar kimi səfiri dərhal qovardı"
Bizi izləyin

Nida.az

"ABŞ Morninqstar kimi səfiri dərhal qovardı"

"ABŞ Morninqstar kimi səfiri dərhal qovardı"

"Morninqstar kimi səfir Azərbaycanın ünvanına dediyi sözləri Amerikanın ünvanına desəydi onu çoxdan ölkədən qovmuşdular. O, müsahibəsində açıq-aydın beynəlxalq konvensiyanın tələblərini pozaraq Azərbaycanın daxili işlərinə qarışır."

Bunu Teleqraf.com-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Qüdrət Həsənquliyev bildirib. Onun sözlərinə görə, ABŞ onun daxili işlərinə Morninqstar kimi müdaxilə edən səfiri arzuolunmaz şəxs elan edib ölkədən çıxarardı: "Azərbaycan hökuməti daim istəyir ki, Amerika ilə münasibətləri inkişaf etdirsin. Amerika böyük dövlətdir. Onun daxilində müxtəlif qruplar var. Həm diplomatik korpuslarda, həm də digər strukturlarda qüvvələr var ki, erməni diaspor nümayəndələrilə yaxşı münasibətdədilər. Erməni diasporu Amerikanın ayrı-ayrı diplomatlarını, siyasətçilərini ələ alırlar. Həmin diplomatlar da çalışırlar ki, Azərbaycanla-Amerikanın münasibətlərini korlasınlar. Morninqstarın müsahibəsi də ona hesablanıb ki, iki ölkə arasındakı münasibətlər gərginləşsin. ABŞ və Azərbaycanın dövlət rəhbərləri müvafiq addımlar atmalı, iki ölkə arasındakı münasibətlərə xələl gətirən diplomatlar vəzifələrindən azad olunmalıdılar. Əgər səfir fəaliyyət göstərdiyi ölkəni inqilabla hədələyirsə, onun işini davam etdirməsi düzgün deyil".

Q.Həsənquliyev hesab edir ki, Azərbaycan XİN Morninqstarla bağlı kəskin mövqe bildirməli, onu persona non-qrata elan etməli idi: "Təəssüf ki, Xarici İşlər Nazirliyi mətbuat katibinin timsalında çox dişsiz bəyanat verdi. Biz Amerikanın dəstəklədiyi inqilabın Ukraynanı hansı vəziyyətə saldığının şahidi olduq. Əgər səfir Azərbaycanı Ukraynadakı hadisələrlə hədələyirsə, onunla vidalaşmaq lazımdır. Fəaliyyət müddətinin bitməsinə iki ay qalmış belə bir açıqlama verən Morninqstara görünür, ABŞ-dakı ermənipərəst qüvvələr göstəriş veriblər ki, onsuz da, iki aya səlahiyyəin başa çatır. İki ölkə arasındakı münasibətləri korla və Azərbaycanı tərk elə. ABŞ Azərbaycanın qərarını gözləmədən Morninqstarla bağlı qərarını verməli idi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm