YAP-dan AŞPA sədrinə cavab: “Buraxmamaqla düz etmişik”
Bizi izləyin

Nida.az

YAP-dan AŞPA sədrinə cavab: “Buraxmamaqla düz etmişik”

YAP-dan AŞPA sədrinə cavab: “Buraxmamaqla düz etmişik”

“Azərbaycana qarşı beynəlxalq təşkilatların qərəzli münasibəti həmişə olub. Lakin hər şeyə rəğmən, Azərbaycan hökuməti, xalqın, dövlətin maraqlarını heç nəyə qurban vermir”.

Bu barədə YAP icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov Publika.az-a açıqlamasında Bakıda AŞPA-nın Büro iclasında qurumun vitse-spikeri, fransalı Rene Rukenin Azərbaycanın işğal edilmiş ərazilərinə etdiyi qanunsuz səfərə görə ölkəmizə buraxılmaması müzakirəyə çıxarılması və təşkilatın iki il ərzində komitələrinin Azərbaycanda nəzərdə tutulan iclaslarını keçirməmək barədə qərar qəbul etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, AŞPA-dan olan nümayəndələrin qərəzli yanaşmaları dəfələrlə müşahidə olunub: “Onların obyektiv olaraq öz vəzifə borclarını yerinə yetirmək əvəzinə, sifarişlər yerinə yetirməsi, neft, neft sənayesi, enerji siyasəti ilə bağlı müxtəlif ölkələri təhrik etmələri faktı mövcuddur. Azərbaycana qarşı olan bu mövqe də prosesin başqa bir tərəfidir”.

S. Novruzov qeyd edib ki, kimliyindən asılı olmayaraq Azərbaycanın icazəsi olmadan işğal olunmuş ərazilərimizə səfər etmək qəbuledilməzdir.

“İstər biznesmen, istər musiqiçi, istər deputat, yaxud siyasətçi olsun, fərqi yoxdur, kimsə Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağ səfər edirsə, Azərbaycan XİN-in qərarı ilə ona viza verilməsi qadağan edilir. Mən bunun normal olduğunu hesab edirəm. Bu yaxınlarda Ukrayna Krımla bağlı belə qərar verdi və rəsmi Kiyevin icazəsi olmadan Krıma gedənləri arzuolunmaz şəxs elan etdi. Bu da bizim haqqımızdır. AŞPA vitse-spikerini də buraxmamaqla düz etmişik”,- deyə S. Novruzov diqqətə çatdırıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm