AMİP-dən çağırış: “Milli Şura siyasi səhnədən getməlidir”
Bizi izləyin

Nida.az

AMİP-dən çağırış: “Milli Şura siyasi səhnədən getməlidir”

Bu qurum fiaskoya uğradı. Müxalifət düşərgəsində yaranmış vəziyyətin məsuliyyəti də Milli Şuranın üzərindədir. Ona görə də ya Milli Şuranı buraxıb praqmatik iş görməlidirlər, ya da ki, siyasi səhnədən getməlidirlər

“Müxalifət düşərgəsində durum acınacaqlıdır. Bunun da günahları Milli Şura, bu ideyanı verənlərdədir”.
Bu barədə AMİP sədri Yusif Bağırzadə Publika.Az -a açıqlamasında son durumu şərh edərkən deyib. Onun sözlərinə görə, seçkidən öncə bəzi siyasilər seçki taktikasını düzgün seçmədilər, xüsusilə Milli Şuranı təsis etməkdə yanlış addım atdılar: “Tələsik, nizamnaməsi, məramnaməsi yarımçıq olan Milli Şuranın yaradılması səhv idi. Orda qərarlar konsensu yolu ilə qəbul edilmirdi, siyasilərdən başqa, digər təyinatlı insanlar da təmsil olunurdular ki, vəziyyətin acınacaqlı hala gəlib çatmasına səbəb oldu. Milli Şuranın vəziyyəti göz qabağındadır, dediklərim də öz əksini tapıb. Milli Şura artıq heç bir perspektivi olmayan quruma çevrilib”.

AMİP sədri Milli Şuranın buraxılması çağırışını edib. Bildirib ki, Milli Şura öz missiyasını başa çatdırıb, daha siyasi səhnədən getməlidir.
“Bu qurum fiaskoya uğradı. Müxalifət düşərgəsində yaranmış vəziyyətin məsuliyyəti də Milli Şuranın üzərindədir. Ona görə də ya Milli Şuranı buraxıb praqmatik iş görməlidirlər, ya da ki, siyasi səhnədən getməlidirlər. Nə qədər gec deyil hörmətdən düşmədən bu addımı atsınlar”-deyə partiya sədri diqqətə çatdırıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm