İrəvana şok: Prezident İlham Əliyevin məktubunda nə yazılıb?
Bizi izləyin

Nida.az

İrəvana şok: Prezident İlham Əliyevin məktubunda nə yazılıb?

İrəvana şok: İlham Əliyevin məktubunda nə yazılıb?

“Azərbaycan hesab edir ki, Ermənistan Ümumdünya Ticarət Təşkilatına daxil olduğu sərhədlərlə Avrasiya İqtisadi İttifaqına qoşula bilər”.

Publika.az - ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib.

“Biz Azərbaycan prezidentinin məktubunu almışıq. Məktubda Ermənistanın yalnız Birləşmiş Millətlər Təşkilatının tanıdığı sərhədlər çərçivəsində quruma üzvlüyünün mümkün olduğu qeyd olunub”, – Qaxazıstan prezidenti ifadə edib.

Qeyd edək ki, iclasda Rusiya, Belarus və Qazaxıstan prezidentləri tərəfindən Avrasiya İqtisadi İttifaqı haqqında müqavilə imzalanıb.

Ermənistan prezidenti Serj Sarkisyan isə 15 iyun tarixinə qədər Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında müqaviləyə qoşulmaq niyyətində olduğunu bildirib. Sarkisyanın bu istəyinə cavab olaraq Rusiya, Qazaxıstan və Belarus liderləri 1 iyul tarixinə kimi məsələyə baxmağı təklif ediblər. Prezidentlər Ermənistanın ona təqdim olunan bütün tələbləri yerinə yetirməli olduğunu deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm