Müsavatda başqanlığa namizədlər kampaniyaya başlayıbmı?
Bizi izləyin

Nida.az

Müsavatda başqanlığa namizədlər kampaniyaya başlayıbmı?

Müsavatda başqanlığa namizədlər kampaniyaya başlayıbmı?

Müsavat Partiyası iyunun 28-də qurultayını keçirmək qərarına gəlib.

Bunun üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edən partiya 1000 nəfərlik qurultay üzvünü yerləşdirmək üçün məkanın verilməsini gözləyir. Bu qurultay Müsavat üçün xüsusilə ona görə əlamətdardır ki, İsa Qəmbərin zamanı dolub. Partiya nizamnaməsinə görə, iki dəfə başqan seçilən İ. Qəmbər başqanlıqdan getməlidir. Hazırda Müsavat başqanlığına bir sıra namizədlər də var.

Publika. az namizədlərdən başqanlıqla bağlı hazırlığı soruşub.

“Strateji insanlarla müzakirələr aparırıq”

Müsavatçı gənclərin namizədi olan Tural Abbaslı deyib ki, partiyada başqan və digər strukturlara namizədliklərini irəli sürmək istəyənlər müəyyən mənada təbliğatlarını aparırlar: “Ümumi olaraq isə qurultayın keçirilməsi yer məsələsinə görə konkretləşmədiyi üçün təbliğat aparmağı, addımlar atmağı doğru hesab etmirik. Çünki təbliğat aparsaq, insanlarla görüşüb proqramlarımızı danışsaq, qurultay təxirə salınacağı təqdirdə bu, bir qədər qeyri-ciddi olacaq. Ona görə də hələlik gözləyirik. Amma strateji insanlara görüşür, müzakirələr aparırıq. Minimum nə lazımdırsa, etməyə çalışırıq”.

“Müsavatda heç kim təbliğat aparmır”

Başqanlığa qadın namizəd Nüşabə Sadıqlı da qurultayın dəqiqləşməsini gözləyir. Onun sözlərinə görə, əgər qurultayın keçirilməsi dəqiqləşsə, digər namizədlər kimi o da təbliğata başlaya bilər.

“Digər tərəfdən, qurultayın keçirilməsi konkretləşəndən sonra mən namizədliyimi verib-verməməklə bağlı düşünəcəm. Əgər versəm, təbliğat kampaniyasını da yaxşı aparmağa çalışacam. Hələlik isə Müsavatda heç kim təbliğat aparmır. Sadəcə, kimin namizəd olmaq istədiyi müəyyən qədər bilinir”,– deyə N. Sadıqlı qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm