"Ədalətdən dəm vuran bu təşkilat" - Komitə sədri hesabatı tənqid etdi
Bizi izləyin

Nida.az

"Ədalətdən dəm vuran bu təşkilat" - Komitə sədri hesabatı tənqid etdi

Sözügedən hesabatda adları çəkilən şəxslərin həbsi ilə bağlı məhkəmənin qərarı olub. Həmin qərarlarla tanış olmadan bu cür qeyri-dəqiq məlumatlar yaymaq doğru deyil.

Rusiya-Azərbaycan Parlamentlərarası İşçi Qrupunun rəhbəri, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Human Rights Watch” (HRW) insan haqları təşkilatının Cənubi Qafqaz üzrə tədqiqatçısı Giorgi Gogianın Azərbaycanda siyahısı fəalların həbsi ilə bağlı yaydığı hesabata münasibət bildirib.

Komitə sədri A.Rəhimzadə Publika.Az-a açıqlamasında deyib: “Sözügedən hesabatda adları çəkilən şəxslərin həbsi ilə bağlı məhkəmənin qərarı olub. Həmin qərarlarla tanış olmadan bu cür qeyri-dəqiq məlumatlar yaymaq doğru deyil. Ədalətdən dəm vuran bu təşkilat yaxşı olar ki, 20 ildən artıqdır ki, həllini tapmayan Dağlıq Qarabağ münaqişəsindən, ermənilərin işğalçı siyasəti nəticəsində qaçqın və məcburi köçkün düşən azərbaycanlılardan, onların pozulan hüquqlarından da danışsın”.

Xatırladaq ki, Nyu Yorkda yerləşən “Human Rights Watch” təşkilatı 2013-cü ilin icmalı barədə Dünya Hesabatı 2014 adlı hesabat buraxıb. Hesabatda bu təşkilatının Cənubi Qafqaz üzrə tədqiqatçısı Giorgi Gogia Azərbaycanda ən azı 23 fəal həbsdə olduğunu bəyan edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm