ABŞ səfiri Azərbaycanın enerji siyasətindən danışdı
Bizi izləyin

Nida.az

ABŞ səfiri Azərbaycanın enerji siyasətindən danışdı

Azərbaycan enerji istehsalında özünəməxsus yer tutur. Bakı-Tbilisi- Ceyhan neft kəmərinin istismara verilməsindən sonra Azərbaycan dünya bazarında əsas neft tədarükçülərindən birinə çevrilib.

Azərbaycan enerji istehsalında özünəməxsus yer tutur. Bakı-Tbilisi- Ceyhan neft kəmərinin istismara verilməsindən sonra Azərbaycan dünya bazarında əsas neft tədarükçülərindən birinə çevrilib.

Bu barədə Bakıda keçirilən 21-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisi ilə bağlı ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin birgə təşkil etdikləri qəbulda ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.

O, qeyd edib: "Hazırda Cənub Qaz Dəhlizinin inşasının həyata keçirilməsi prosesini izləyirik. Bundan sonra Azərbaycan Avropaya əsas qaz tədarükçüsünə çevriləcək".

Səfir bildirib ki, ötən 20 il ərzində ABŞ-ın regionda enerji siyasəti ardıcıl olub: "İlk olaraq bizim məqsədimiz Azərbaycanın müstəqil və güclü dövlət olması üçün enerji resurslarının işlənməsində ona kömək etməkdir. Güclü və stabil Azərbaycan regional sabitliyə, eyni zamanda, dünya, regional və Avropa miqyasında enerji təchizatına önəmli töhfələr verir. İkincisi, biz istəmişik ki, Azərbaycan enerji mənbələrinin diversifikasiyasına öz töhfəsini versin və bu hamı üçün faydalıdır. Bildiyiniz kimi, 20 il ərzində bu məqsədlər istiqamətində böyük irəliləyiş əldə olunub və indi dünyanın enerji təchizatında Azərbaycanın önəmli rolunu heç kəs şübhə altına ala bilməz". /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm