Zakir Həsənov Pentaqon rəhbəri ilə görüşəcək
Bizi izləyin

Nida.az

Zakir Həsənov Pentaqon rəhbəri ilə görüşəcək

Zakir Həsənovla ABŞ-ın müdafiə katibi cənab Çak Heygel arasına ikitərəfli görüş nəzərdə tutulub

Azərbaycan Respublikası müdafiə naziri Zakir Həsənovun ABŞ müdafiə katibi ilə görüşü keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu gün Brüssel şəhərində Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə müdafiə nazirləri səviyyəsində iclas keçiriləcək.

İclas çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla ABŞ-ın müdafiə katibi cənab Çak Heygel arasına ikitərəfli görüş nəzərdə tutulub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm