Eldar Namazov : “Sənədə imza atmışam, danışa bilmərəm” - ÖZƏL
Bizi izləyin

Nida.az

Eldar Namazov : “Sənədə imza atmışam, danışa bilmərəm” - ÖZƏL

Eldar Namazov : “Sənədə imza atmışam, danışa bilmərəm”

“Dindirilmə iki saata qədər çəkdi, amma istintaq sirri olduğu üçün mən ətraflı danışa bilmərəm”.

Bu barədə bu gün Baş prokurorluqda Rauf Mirqədirov işi üzrə dindirilən “El” hərəkatının sədri Eldar Namazov Publika.Az-a açıqlamasında deyib.

“El” sədri dindirilmə ilə bağlı danışmayacağı haqda sənədə imza atdığını bildirib: “Amma mən burda bir sirr görmürəm. Yalnız onu deyə bilərəm ki, söhbət zamanı istintaq aparılan layihələrdə mənim iştirak etmədiyim bəlli oldu. Mən Ermənistanda da heç vaxt səfərdə olmamışam. Ona görə də, müzakirə olunana suallar daraldı. Yalnız 2-3 məsələ ətrafında ümumi söhbətlər oldu”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm