İsa Qəmbərin səlahiyyətləri ləğv edilə bilər
Bizi izləyin

Nida.az

İsa Qəmbərin səlahiyyətləri ləğv edilə bilər

İsa Qəmbərin səlahiyyətləri ləğv edilə bilər

Müsavat başqanı İsa Qəmbərin səlahiyyətləri ləğv edilə bilər.

Publika.Az xəbər verir ki, Müsavatda Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. Siyasi partiyaların fəaliyyətinə görə, qurultaya hazırlaşan partiyada bütün səlahiyyətli orqanlar buraxılır və qurultayda yenidən seçkilər keçirilir.

zərbaycanda Müsavatdan başqa qurultaya hazırlaşan digər partiyalarda bütün səlahiyyətli orqanlar buraxılır. Misal üçün Milli Demokrat (Borqurd) Partiyasında Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinə partiyanın keçmiş sədri İsgəndər Həmidov rəhbərlik edir və digər orqanlar buraxılıb. Analoji hal “El” hərəkatı, Sülhəddin Əkbərin sədri olduğu Azad Demokratlar Partiyası (keçmiş ACP-red) və qurultaya hazırlaşan digər partiyalarda da var. Lakin Müsavatda eyni proses yaşanmır.

Partiyadan əldə etdiyimiz məlumata görə, Müsavat qurultay üçün meriyadan yer alandan sonra başqanlıq və digər orqanların səlahiyyətləri buraxılacaq.

Müsavat başqanının müavini Gülağa Aslanlı isə Publika.Az-a açıqlamasında bunun əksini deyir. Onun sözlərinə görə, qurultaya hazırlaşan başqa partiyalarda bütün orqanlar buraxılsa da, bunun Müsavata aidiyyəti yoxdur.

“Çünki bizim nizamnaməmizdə belə bir şey göstərilməyib. Adətən partiya nizamnamələrində bununla bağlı müddəalar olur. Müsavatda isə belə bir müddəa yoxdur”-deyə partiya yetkinlisi bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm