Daha bir partiya sədri Milli Şuradan gedə bilər
Bizi izləyin

Nida.az

Daha bir partiya sədri Milli Şuradan gedə bilər

Bu heç kəsə, söyüş söyənlərin özlərinə də xeyir vermir. Hansısa təşkilat qərar verirsə, ona hörmətlə yanaşılmalıdır.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Milli Şuradan çıxa bilər. Buna səbəbsə onun davamiyyət qaydasını pozması, qurumun işində yaxından iştirak etməməsidir.

E. Musayev Publika.Az –a bildirib ki, onun üçün heç bir problem yoxdur: “Mən şəxsi işlərimə görə, uzun müddətdir Milli Şuranın iclaslarında iştirak edə bilmirəm. Lakin bizim qorxumuz yoxdur. İstənilən qərarı özümüz veririk. Əgər mənimlə bağlı Milli Şura qərar qəbul etsə, ona uyğun da hərəkət edəcəyik. Bizim üçün heç bir problemi yoxdur”.

BAP sədri şəxsi işlərinə görə hələlik Milli Şurada yaxından iştirak edə bilməyəcəyini açıqlayıb.
Qeyd edək ki, bundan öncə bir neçə üzv Milli Şuradan davamiyyətə görə çıxarılmışdı.

Milli Şura ilə yanaşı, Demokratik Qüvvələrin Birliyində də (DQB) təmsil olunan E. Musayev deyib ki, DQB-nin seçki blokuna çevrilməsi ilə bağlı təkliflər var və onlar buna hörmətlə yanaşırlar.“Lakin biz qərarımızı özümüz veririk. Hər bir siyasi təşkilat bu məsələdə sərbəstdir. Kim hansı qərar verirsə hörmət etmək lazımdır. Azərbaycanda isə belədir ki, qərar verən kimi əks cəbhədən söyüş söyməyə başlayırlar. Söyüş siyasətini yığışdırmaq lazımdır. Bu heç kəsə, söyüş söyənlərin özlərinə də xeyir vermir. Hansısa təşkilat qərar verirsə, ona hörmətlə yanaşılmalıdır. Heç kəsi təzyiqlə təsir altında saxlamağa lüzum yoxdur. Təəssüf ki, Azərbaycanda siyasilər söyüşdən, hay-küydən qorxular. Bunu kənara atmaq lazımdır”-deyə BAP sədri vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm