“Nezavisimaya qazeta”: “Brüssel və Moskva Bakıda savaş açdı”
Bizi izləyin

Nida.az

“Nezavisimaya qazeta”: “Brüssel və Moskva Bakıda savaş açdı”

“Nezavisimaya qazeta”: “Brüssel və Moskva Bakıda savaş açdı”

İyunun 12-i Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Bakıya iki günlük səfərə gəlir. Onun ardınca Rusiya desantı Azərbaycanda olacaq. Belə ki, 17-18 iyun tarixində Rusiya xarici işlər naziri Sergey Lavrov, ardınca da Rusiya baş nazirinin müavini Dmitri Roqozinin başçılığı ilə nüfuzlu Rusiya nümayəndəsi Bakıda olacaq.


Rusiyanın nüfuzlu “Nezavismaya qazeta” nəşri bu səfərləri təsadüfi hesab etmir və Bakının geosiyasi proseslərin episentrində olduğu kimi şərh edir. Publika.az xəbər verir ki, nəşr Barrozunun Bakı səfərini Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramını xilas etmək kimi qiymətləndirir. Ehtimal edilir ki, Brüssel Ukraynadakı böhranın səbəbi olan bu layihəyə Bakının meyilləndirilməsinə ümid edir. Lakin bu ümidlərin reallaşması çətin görünür. Çünki Bakı dəfələrlə bildirib ki, Avropa İttifaqı ilə bərabərhüquqlu münasibətlərin tərəfdarıdır və elə buna görə Aİ ilə Assosiativ sazişdən imtina etdi.

Rusiya xarici siyasət idarəsinin rəhbəri Lavrovun Bakı səfəri isə proseslərə intriqa qatır. Lavrovdan sonra Dmitri Roqozinin Bakı səfəri Ermənistanın Avrasiya İttifaqına qəbulu üçün gözlənilən qərardan dərhal sonra baş verəcək.


Nəşr yazır ki, Moskvanın Bakıya anlatmaq istədiyi “Ermənistan Avrasiya İttifaqına daxil olsa da, Rusiya Azərbaycanla strateji əməkdaşlığı saxlamaqda maraqlıdır” məsələsidir.

Yerli politoloqlar hesab edirlər ki, Lavrovun səfəri zamanı Azərbaycanın Avrasiya İttifaqına üzvlük perspektivləri müzakirə ediləcək və Rusiyanın bir sıra əhəmiyyətli təklifləri diqqətə çatdırılacaq.

Bu təklifi daha öncə Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukaev Bakıda irəli sürmüşdü. Qazaxıstan prezidenti Nursultan Nazarbayev də eyni təkliflə çıxış etdi. Lakin Bakı Avropa İttifaqı ilə Avrasiya İttifaqı arasında eyni məsafəni saxlamaqda israrlıdır.

Nəşr Brüssel və Moskvanın Bakıda savaş açdığını yazır və bu planda Bakı-Moskva münasibətlərini uğurlu hesab edir. Belə ki, iki ölkə arasında ticarət əlaqələri müvəffəqiyyətlə inkişaf edir. 2013-cü il əmtəə dövriyyəsinin həcmi 3,5 milyard dollar təşkil edib. Bu 2012-ci illə müqayisədə 4 faiz çoxdur. Bununla yanaşı, Rusiyanın ixracı 2,9 milyard, idxal isə 64 milyon dollardır. İyunun 23-24-də Qəbələdə keçiriləcək Azərbaycan-Rusiya regionlararası V forumu da bu münasibətlərə istilik gətirəcək.

Nəşr yazır ki, bu səfərlərdən sonra Bakının siyasi kursunda dəyişiklik gözləmək çətindir. Bakı hər iki tərəflə məsafəli və isti münasibətlərin qorunmasını izləyəcək.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm