Türk PA-nın V plenar iclası - Yenilənir
Bizi izləyin

Nida.az

Türk PA-nın V plenar iclası - Yenilənir

Oqtay Əsədov: “Türk PA-nın dünyadakı nüfuzu günbəgün artır”

11:56

Türk PA-nın Bakıda keçirilən V plenar iclasında çıxış edən TBMM sədri Cəmil Çiçək “Şimali Kipr Türk Cümhuriyyəti, Özbəkistan, Türkmənistan Türk Pa-ya üzv olmalıdır”.

Publika.Az xəbər verir ki, bu barədə Türk PA-nın Bakıda keçirilən V plenar iclasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək çıxışı zamanı deyib. Hazırda bu istiqamətdə işlərin aparıldığını deyən TBMM sədri Cəmil Çiçək qeyd edib ki, Macarıstan da qurumda müşahidəçi qismində üzvü ola bilər.

Krım tatarlarının probleminə toxunan C. Çiçək qeyd edib ki, tatarlar Ukraynanın tərkibində sivil yaşamaq hüququna malikdir: “Türk xalqlarının sevinci sevincimiz, kədəri kədərimiz olmalıdır”.

C. Çiçək Dağlıq Qarabağ problemindən də danışıb. Bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır: “Bu məsələdə Türkiyə hər zaman Azərbaycana dəstək olub”.

TBMM sədri qeyd edib ki, Parlament Assambleyası türk xalqlarını bir araya gətirmək üçün mədəniyyətlərarası əlaqələri gücləndirməli, ictimai-siyasi xadimlərin, elm adamlarının qarşılıqlı səfərlərini təşkil etməlidir.

11:36

Bu gün Türkdilli ölkələrin Parlament Assambleyasının (Türk PA) V plenar iclası öz işinə başlayıb.

Publika.Az xəbər verir ki, iclasda türkdilli dövlətlərin rəsmi nümayəndələri iştirak edir. İlk olaraq iclasın gündəliyi qəbul olunub.


Türk PA-nın fəaliyyətdə olan sədri, Milli Məclisin sədri Oqtay Əsədov çıxışında bildirib ki, bu gün bizlərin bir araya gəlməsinin səbəbi Türk PA-nın V plenar iclasında iştirak etməkdir: “Əminəm ki, sessiya işini uğurla başa vuracaq. Türk PA-nın dünyadakı nüfuzu günbəgün artır. Buna birgə səylər nəticəsində nail olmuşuq. Təşkilat çərçivəsində görülən işlər türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir”.
Spiker qurumun təsis edilməsində və səmərəli fəaliyyətində dövlət başçılarının iradəsinin mühüm rol oynadığını vurğulayaraq, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının bu yaxınlarda Bodrumda keçirilən iclasının nəticələrini yüksək dəyərləndirib: “Azərbaycan-Türkiyə münasibətləri dünyada analoqu olmayan münasibətlər olmaqla yanaşı, həm də türk dünyasının daha sıx inteqrasiyası üçün bir növ özül rolu oynayır. Bu gün Azərbaycanla Türkiyə həyatın bütün sahələrində əməkdaşlıq edir. İndiyədək dövlətlərimiz arasında 190-na yaxın sənəd imzalanıb, daha 15-i isə baxılmaq üzrədir”.

İqtisadi əlaqələrdən söhbət açan sədr ticarət dövriyyəsinin həcmini daha da artırmaq üçün geniş imkanlar olduğunu söyləyib: “Ölkələrimizin iqtisadiyyatına qarşılıqlı investisiyalar qoyulur. Azərbaycanın Türkiyədə investisiya yatırımının həcmi 4,5 milyard ABŞ dolları civarındadır. Gələcəkdə bu göstəricinin 20 milyarda çatdırılması nəzərdə tutulur. Birgə həyata keçirdiyimiz transmilli enerji, nəqliyyat layihələri nəinki bölgənin, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin olmasında mühüm rol oynayır. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın dövlət büdcəsi 20 milyarddan çox olub”.

Parlamentin sədri çıxışında həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunub. O bildirib ki, Azərbaycan torpaqları 20 ildən çoxdur ki, ermənilərin işğalı altındadır: “İnanıram ki, tezliklə münaqişə beynəlxalq qurumların dəstəyi ilə öz həllini tapacaq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm