Nida.az
Milli Məclis qarışdı: “Andlı”, yaxud “ölü müddəa” qalmaqalı
Milli Məclis “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik
edib. Publika.az xəbər verir ki, layihə haqda
deputatlara məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin sədri Əli Hüseynli deyib ki, layihə Baş Prokurorluq
tərəfindən daxil olub: “Qanun vaxtilə hazırlanarkən Andlılar
Məhkəməsi ilə bağlı xüsusi fəsil mövcud idi. Andlılar Məhkəməsinin
formalaşması hüquq sferasında müzakirə edildi. Məhkəmə sisteminin
demokratikləşməsi istiqamətində aparılan islahatlar fonunda bu
fəsli qanuna yazdıq. Amma qeyd olunurdu ki, islahatlar başa çatanda
bunun tətbiqinə başlanılacaq. Bizim qanunumuzda uzun müddətdir ki,
işləməyən bu fəsil mövcuddur. Qeyd edim ki, hüquq ictimaiyyətinin
böyük hissəsi bunun əleyhinədir. Bizim komitə də hesab edir ki,
məhkəmə hüquq islahatlarının indiki mərhələsində Andlılar
Məhkəməsini özündə daha düzgün ehtiva edir. Andlılar Məhkəməsi
ABŞ-da yaranıb. Komitəmizdə bunun əleyhinə və lehinə çıxanlar da
olub. Azərbaycanın praktik hüquq ictimaiyyəti bu işləməyən fəslin
qanundan çıxarılmasının tərəfdarıdır. Xahiş edirəm bu dəyişikliyi
dəstəkləyin”.
BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib ki, hüququ dövlət
quruculuğu istiqamətində addım atan ölkələr üçün Andlılar Məhkəməsi
olduqca əhəmiyyətlidir: “Amma bunu bir rayonda pilot layihə kimi
tətbiq etmədən qanundan çıxarılır. Avropa dövlətlərinin əksəriyyəti
Andlılar institutundan istifadə edirlər. Konstitusiyaya görə,
vətəndaşın dövlət idarəçiliyində iştirak etmək hüququ var.
Prokurorluq hesab edir ki, Andlı iclasları çətin işlərdən baş
çıxara bilməz, hisslərə üstünlük verirlər, qanuna tabe olmurlar və
s. Bizim cinayət qanunvericiliyindən bu institutu çıxarmaq olmaz.
Qanunları qəbul edənlərin çoxu hüquqşünas deyil, amma bir nəfər
məruzə edir və sonda qanun qəbul olunur. Andlılar iclasında da bu
metod tətbiq olunur. Andlı iclasları daha doğru qərar qəbul edə
bilirlər, onlar hakimiyyətdən daha az asılıdırlar və karyera haqda
düşünmürlər. Bu institut mütləq saxlanılmalıdır. Burada səbəb kimi
Andlıların qanuna tabe olmamaq məsələsini qaldırırlar. Bu doğrudur.
Andlılar daha çox sosial məsələlər haqda düşünürlər və onların
çıxardığı bəraət hökmləri digər məhkəmələrlə müqayisədə daha
çoxdur. Düşünürəm ki, biz islahatlar aparılmalı olduğumuz halda bu
institutun qanundan çıxarılması geriyə atılan addım olardı”.
Deputat Siyavuş Novruzov bildirib ki, əgər bu fəsil
qanunvericilikdə varsa, onu çıxarmağa ehtiyac yoxdur. Onun
sözlərinə görə, bunun nə zaman lazımsız olduğu sübut olunsa
çıxarmaq olar: “Həm də bu məsələnin Milli Məclisə çıxarmazdan əvvəl
ictimai müzakirəsini təşkil etmək lazımdır. Ən sərt rejim olan
sovet məhkəməsində xalq nümayəndəsi var idi və proseslərdə iştirak
edirdi. Andlılar Məhkəməsinin olması həm də vəkillik institutunun
inkişafı deməkdir. Andlılar Məhkəməsinin olması bəzi neqativ
halların qarşısını alır. Elə hakimlər var ki, öz şəxsi marağına
görə, ədalətsiz hökmlər çıxarır. Məncə, Andlılar Məhkəməsi bunun da
qarşısını alır. Hesab edirəm ki, bu məsələ qanunvericilikdə
qalmalıdır. Biz bu fəslin qanunvericiklikdən çıxarılmasını
istəyirik.
Deputat Rəfael Cəbrayılov isə deyib ki, Andlılar Məhkəməsinin
qanunda qalmasını dəstəkləmir.
“Bu ölü müddəalardır. Bu Azərbaycanın sürətli inkişafı fonunda
görünmür. Ölü qanun pis qanundan daha pisdir. Andlılar məhkəmədə
klassik formada təqsirlilik məsələsini həll edir. Amma peşəkar
hüquqşünaslar var ki, bunu müəyyən edə bilmirlər. Dünya
statistikasına baxanda görərik ki, dünyada Andlılar Məhkəməsinin
baxdığı işlər ümumilikdə baxılan işlərin 1 faizini təşkil edir.
Qüdrət müəllim arqumentləri ilə razılaşmıram”,– deyə o
bildirib.
Deputat Fəzail İbrahimli deyib ki, Andlılar Məhkəməsi ancaq hüquqi məsələ deyil: “Bizim qanunlarımız roman-german prinsipləri üzərində qurulub. Hesab edirəm ki, Azərbaycanın reallığı nəzərə alınmalıdır. Bu institutun Azərbaycanda işləməsi qeyri-realdır”.
DİP sədri, deputat Asim Mollazadə isə bildirib ki, ictimaiyyətin
rolu yüksək olmalıdır: “Azərbaycan müasir dövlət olaraq
ictimaiyyətin hər yerdə rolunu saxlamalıdır. Andlı İclaslarının
ləğvi üçün heç bir əsas yoxdur. Biz nədən bundan imtina edirik? Mən
səbəb görmürəm”.
Birinci vitse-spiker Ziyafət Əsgərov söyləyib ki, məsələnin bu
qədər şişirdilməsini gözləmirmiş: “Bu institut 14 ildir ki, qanuna
salınıb, amma işləmir. Ölü müddəanın qanunda saxlamağın nə mənası
var? Bu gün bizim orta statistik hüquq düşüncəmiz bu institutun
işləməsinə imkan vermir.
Vətəndaşların hüquq düşüncəsi inkişaf edəndən sonra 20-30 ilə
yenidən gündəmə gələ bilər”.
Sonda fikir ayrılığı yaradan layihə səsə qoyularaq qəbul
olunub.
Asif
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO