Moskva Qarabağ məsələsində güzəştə getməyə hazırdır – İddia
Bizi izləyin

Nida.az

Moskva Qarabağ məsələsində güzəştə getməyə hazırdır – İddia

“Mayın 29-da keçirilən Astana sammitindən sonra Ermənistanın Gömrük Şurasına üzvlüyünün məntiqi zəiflədi. Həmin tarixə qədər Ermənistan hakimiyyəti Avrasiya İttifaqının həmtəsisçisi olmaq arzusunu gizlətmirdi”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin sədri, erməni politoloq Stepan Qriqoryan Ermənistan ətrafında baş verən son hadisələri şərh edərkən deyib.

Erməni politoloq qeyd edib ki, Ermənistan Avrasiya İttifaqının tezliklə üzvü olması ona veto hüququ və başqa imtiyazları verə bilərdi: “Ermənistanı qapıdan qaytararaq bildirdilər ki, onu quruma qəbul etməyə hazır deyillər. Beləliklə, proseslərin süni şəkildə sürətlənməsinin məntiqi öz-özlüyündə yox oldu. Ermənistan ittifaqın tamhüquqlu həmtəsisçisi olmaq imkanını itirdi”.

S.Qriqoryanın fikrincə, məsələ ilə bağlı ikinci arqument Dağlıq Qarabağ münaqişəsidir: “Görünür, Ermənistan Qarabağsız bu ittifaqa daxil olmağa hazır deyil. Əgər biz ittifaqa Qarabağla birlikdə daxil olmaq istəyiriksə, o halda bütün tərəflər format haqqında ümumi fikrə gəlməlidir. Rusiya, Belarus və Qazaxıstan Ermənistanın bu arzusunu necə rəsmiləşdirəcəyini bilmir”.

Erməni politoloq ölkəsinin Avrasiya İttifqına yolunu bağlayan üçüncü amilin azadlıqlarla bağlı olduğunu bildirir: “Görünür, Rusiya və Belarus Yerevandan azadlıqları məhdudlaşdırmağı tələb edir”.

S.Qriqoryan Ermənistanın 2013-cü il 3 sentyabrdan sonra fakt qarşısında qaldığını bildirib: “Biz Ermənistanı tamamilə Rusiyaya verdik və nəticələr özünü çox gözlətmədi. Rusiya məsələləri Azərbaycanla həll etməyə başladı. Ümumiyyətlə, Ermənistan daha Qafqazda amil deyil. Rusiya Qarabağ məsələsini artıq bizsiz Azərbaycanla müzakirə edir. Aydındır ki, Rusiya öz ərazisi ilə Azərbaycan neftini və qazını ixrac etməyə çalışır. Rusiya Avrasiya inteqrasiya proseslərində Azərbaycanın iştirakını istəyərdi. Əvəzində Moskva Qarabağ məsələsində güzəştə getməyə hazırdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm