Elçibəyin oğlu iş axtarır
Bizi izləyin

Nida.az

Elçibəyin oğlu iş axtarır

“İşlə bağlı mənə heç bir dövlət qurumundan, yaxud hansısa yerdən təklif gəlməyib”.

Bu barədə eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev Publika.az-a açıqlamasında deyib. O, hazırda heç bir işlə məşğul olmadığını bildirib: “Mən özüm bir neçə dövlət qurumuna işlə bağlı müraciət etmişəm. Amma hələ cavab gəlməyib. 30 faiz ümidim var ki, bəlkə, cavab veriləcək. 100 faiz ümid etmirəm. Hələ ki, gözləyirəm. Amma yenə deyirəm ki, heç kim mənə gəl burda işlə deməyib”.

Ə. Əliyev bildirib ki, hazırda işləmək istəyir.

“Əvvəllər, bəlkə də, həvəsim az idi, amma indi işləmək, bir şeylə məşğul olmaq istəyirəm. Ümid edirəm ki, düzələcək”,– deyə o qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm