YAP AŞPA-da baş verənləri erməni fitnəsi adlandırdı - Sərt etiraz
Bizi izləyin

Nida.az

YAP AŞPA-da baş verənləri erməni fitnəsi adlandırdı - Sərt etiraz

“Cənab prezidentin AŞPA-da çıxışı zaman təxribata əl atanların davranışı fitnəkarlıqdır. Belə adamların milli hissi, milli marağı yoxdur”.

Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Publika.az-a açıqlamasında Prezident İlham Əliyevin AŞPA-da çıxışı zamanı Avropada yaşayan bir qrup azərbaycanlının xüsusi köynəklər geyinərək etiraz etməsinə münasibət bildirərkən deyib. YAP rəsmisi hesab edir ki, onlar Azərbaycanın maraqlarını həmişə ayaqlar altına atmağa hazır olan adamlardır: “Onlar ayrı-ayrı qrupların, dairələrin sifarişlərini yerinə yetirirlər. Dərinə gedəndə görürük ki, bu adamların ipinin bir ucu da erməni lobbisinin əlindədir. Ona görə mən bu cür hərəkətləri qətiyyətlə pisləyirəm”.

M. Qurbanlı qeyd edib ki, dövlət başçısı çıxışı zamanı Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemini, eləcə də ölkəmizin dünyadakı mövqeyini göstərir.

“Belə olan halda milli hissi olan adam dövlətinin başçısına, yaxud öz dövlətinə qarşı belə hərəkət edərmi? Ölkə daxilində müxtəlif siyasi fikirlilik ola bilər. Lakin bunu özümüz öz daxilimizdə həll etməliyik. Gedib düşmən Ermənistanın nümayəndələrinin iştirak etdiyi beynəlxalq təşkilatda öz ölkənin əleyhinə bu cür hərəkətlər etmək “mən erməninin yanındayam”, “mən erməniyə xidmət edirəm” deməkdir. Onlar bununla da antimilli ünsür olduqlarını nümayiş etdirdilər. Bu cür fitnəkarlığı, təxribatları radikal müxalifət və onların ətrafındakılardan görmüşük. Azərbaycan xalqı isə bu cür hərəkətləri qətiyyətlə pisləyir, belə adamları rədd edir və həmişə rədd edəcək”,– deyə M. Qurbanlı bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm