“Prezident Azərbaycana qarşı bütün təxribatları alt-üst etdi”
Bizi izləyin

Nida.az

“Prezident Azərbaycana qarşı bütün təxribatları alt-üst etdi”

“Prezident İlham Əliyevin AŞPA-da çıxışı Azərbaycanın bir ölkə kimi beynəlxalq aləmdəki nüfuzunu, Avropa məkanında malik olduğu çəkini bir daha nümayiş etdirdi”.

Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Fəzail Ağamalı Publika.az-a açıqlamasında Prezident İlham Əliyevin iyunun 24-də AŞPA-dakı çıxışına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, dövlət başçısı çıxışında bir sıra mühüm məsələlərə toxundu: “Cənab prezident Azərbaycan-AŞPA münasibətləri üzərində xüsusi olaraq dayandı. Bundan başqa, Azərbaycanda söz, mətbuat, ifadə və sərbəst toplaşmaq azadlığınını olduğunu konkret arqumentlərlə dilə gətirdi. Eyni zamanda, Ermənistanın təcavüzkar siyasətini davam etdirdiyini, bu günə qədər ATƏT-in Minsk qrupunun heç nə edə bilmədiyini kifayət qədər sərt dildə ifadə etdi. Qeyd etdi ki, AŞPA münaqişə ilə bağlı müşahidə missiyasını davam etdirməli və bununla bağlı alt-komitə bərpa olunmalıdır”.

F. Ağamalı qeyd edib ki, dövlət başçısı ona ünvanlanan sualları da peşəkarcasına cavablandırdı.

“Xüsusilə Azərbaycanda siyasi məhbus olması haqda əvvəlcədən hazırlanan provakasion suallara təmkinlə cavab verdi və Azərbaycana qarşı bütün təxribatları alt-üst etdi. Bununla göstərdi ki, bu cür fikirlər Azərbaycanı sevməyən müxtəlif dairələrin mətbəxində hazırlanıb və ölkədə vəziyyət iddia edildiyi kimi deyil”,– deyə komitə üzvü bildirib.
F. Ağamalı əlavə edib ki, Prezidentin çıxışı Azərbaycanın nəinki regionda, eyni zamanda, Avropa məkanında da söz sahibi olan dövlətlər sırasına çıxdığını göstərir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm