• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İRƏLİ-nin yeni sədrindən ilk AÇIQLAMA

  • Nida.az
  • 27 İyun 2014 14:30
  • 395 Baxış
İRƏLİ-nin yeni sədrindən ilk AÇIQLAMA

Mirhəsən Seyidov "İrəli" İB-nin bundan sonrakı fəaliyyətinin həyata keçirilməsində vacib 7 (yeddi) əsas istiqaməti açıqlayıb.

Publika.az-ın məlumatına görə, M.Seyidov jurnalistlərə açıqlamasında deyib:

"Birincisi, "İrəli" İB Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda bu siyasi kursun davamçısı olan hamımızın Prezidenti cənab İlham Əliyev tərəfindən dəstəklənmiş Gənclər Siyasətinin inkişafında yaxından iştirak edərək, müəyyənləşdirilmiş strateji vəzifələrin həyata keçirilməsində gənclərin rolunu daha da inkişaf etdirəcəkdir.

İkinci istiqamət odur ki, "İrəli" – Azərbaycanın işğal altında olan torpaqlarının, ərazi bütövlüyünün, Dağlıq Qarabağ münaqişəsinin yerli və beynəlxalq müstəvidə tanınması, qaçqın və məcburi gənclərimizin hüquqlarının bərpası və qanlı tariximizin unudulmayacağı gənclərin təşkilatına çevriləcəkdir.

Üçüncüsü, "İrəli" – informasiya cəmiyyətinin sürətlə formalaşdığı bu günümüzdə, gənclərdə müasir düşüncə tərzinin formalaşması, gənclərin yeni innovasiya brendinin yaradılması, sağlam düşüncəli gəncliyin inkişafı, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında gənclərin təmsil olunması və ən əsası, gənclərin ölkəmiz üçün layiqli vətəndaş kimi yetişməsi yönümündə dayanmadan İrəliyə doğru addımlayacaqdır.

Dördüncüsü, "İrəli" – gənclərdə müstəqil dövlətçilik ən-ənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi, vətənpərlik və vətəndaşlıq tərbiyəsinin səmərəsinin artırılması üçün əzmlə çalışacaqdır.

Beşinci istiqamət odur ki, "İrəli" – istər yerli, istərsə də beynəlxalq səviyyədə azərbaycançılıq, dövlətçilik, milli-mənəvi dəyərlərin qorunması, beynəlxalq platformalarda ölkənin ictimai və siyasi maraqlarının qorunması, mədəni və tarixi irsinin təbliğ olunması və beynəlxalq rəqabətə davamlı gəncliyin formalaşdırması istiqamətində dayanmadan çalışacaqdır.

Altıncısı, "İrəli" – Azərbaycan Respublikasının regionlarında, ucqar dağ kəndlərində və paytaxt rayonlarında gənclərin birbaşa iştirakı ilə qərar qəbul etmə prosesində gənclərin rolununun artırılması üçün yeni imkanlar yaradacaq və gənclərin proqressiya, modernləşmə sütunlarının təməl sütununa çevriləcəkdir.

Yeddinci əsas istiqamət isə budur ki, "İrəli" – Azərbaycanda fəaliyyət göstərən, gənclərin fəaliyyətlərini stimullaşdıran, ölkə maraqlarını qoruyan və gənclər siyasətinin inkişafında yaxından iştirak edən bütün dövlət qurumları, qeyri-hökümət təşkilatları və gənclər təşkilatları ilə qarşılıqlı əlaqələri gücləndirərək əməkdaşlıqlarını artıracaqdır və Azərbaycanın Gənclər Siyasətinə birgə töhvə verməyə cənab Prezident İlham Əliyev siyasətini dəstəkləməyə hazır təşkilata çevriləcəkdir".

Mirhəsən Seyidov qeyd edib ki, artıq komandanın qarşıya qoyduğu hədəflər müəyyənləşdirilib və ən böyük hədəflərdən biri də belədir:

"İRƏLİ – Müstəqil Azərbaycan gəncliyinin təşkilatına çevriləcəkdir".

Media ilə münasibətlərə tam açıq olacağını deyən "İrəli" İB-nin yeni sədri dövlət qurumları və QHT-lərlə əməkdaşlığını davam etdirəcək, sonrakı fəaliyyəti daha açıq olacaq. Eyni zamanda, biz Azərbaycanın beynəlxalq müstəvidə də maraqlarının qorunması, Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağın ermənistan tərəfindən işğal olunması faktlarının dünyaya çatdırılması, eləcə də "Xocalıya ədalət!" Beynəlxalq kampaniyasının daha dərindən dəstəklənməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

Bundan əvvəl "İrəli"nin adının bəzi şəbəkələrlə hallandırılması ilə bağlı indən sonrakı fəaliyyətinin necə qurulması ilə bağlı suala cavabında isə M.Seyidov qeyd edib ki, Azərbaycanın gənclər siyasətinə tam səmimi olaraq 8-9 il bundan əvvəl könüllü olaraq qoşulub. 8-9 il bundan əvvəl reallıqda heç bir məqsəd güdmədən Azərbaycan gəcnlər siyasətinin dəstəkləməsi üçün əlindən gələni edib. Bundan sonrakı istiqamətində də fəaliyyətini davam etdirəcək. Bundan əvvəl hansı istiqamətlərdə fəaliyyət göstərdiyi yeni sədri maraqlandırmır. Yeni sədrin öz prioritetləri var və bu istiqamət üzrə öz işini davam etdirəcək".

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR