Prezidentdən Fransa ilə əməkdaşlığa dair FƏRMANLAR
Bizi izləyin

Nida.az

Prezidentdən Fransa ilə əməkdaşlığa dair FƏRMANLAR

Prezident İlham Əliyev Azərbaycan və Fransa arasında dövlət qurumlarının əməkdaşlıqlarına dair bir neçə fərman və sərəncam imzalayıb.

Dövlət başçısı “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Fransa Respublikasının Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman verib.


Fərmanda bildirilir ki, “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Fransa Respublikasının Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlığa dair” 2014-cü il mayın 12-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin; Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin; Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fransa Respublikası Hökumətini xəbərdar etsin.

Digər fərman “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Fransa Respublikasının Kənd Təsərrüfatı, Ərzaq Emalı Sənayesi və Meşəçilik Nazirliyi arasında əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barəsindədir.

Fərmanda deyilir ki, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Fransa Respublikasının Kənd Təsərrüfatı, Ərzaq Emalı Sənayesi və Meşəçilik Nazirliyi arasında əməkdaşlıq haqqında” 2014-cü il mayın 12-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin; Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin; Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fransa Respublikası Hökumətini xəbərdar etsin.

Daha sonra, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Fransa Respublikasının Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyi arasında universitetlərarası əməkdaşlıq sahəsində” Niyyət Məktubunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Fransa Respublikasının Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyi arasında universitetlərarası əməkdaşlıq sahəsində” 2014-cü il mayın 12-də Bakı şəhərində imzalanmış Niyyət Məktubu təsdiq edilsin; Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Niyyət Məktubunun müddəalarının həyata keçirilməsini təmin etsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm