Nida.az
İlham Əliyev Lukaşenkonu təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.
Təbrik məktubda qeyd edilir ki, Azərbaycanı və Belarusu ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bağlayır: "Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Belarus xalqını ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bu gün dost Belarus dövlətçiliyin və qanunçuluğun möhkəmlənməsi,
dinamik inkişaf və tərəqqi yolunda inamla irəliləyir.
Azərbaycan ilə Belarusu hazırda strateji tərəfdaşlıq xarakteri
almış ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bağlayır. Əminəm
ki, bizim dövlətlərarası münasibətlərimiz, ölkələrimizin və
xalqlarımızın firavanlığı naminə qarşılıqlı dəstək və qarşılıqlı
anlaşma bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.
Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik
və uğurlar, dost Belarus xalqına sülh və firavanlıq diləyirəm".
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR