Gürcüstan hökuməti azərbaycanlıları aldadıb – Şok açıqlama
Bizi izləyin

Nida.az

Gürcüstan hökuməti azərbaycanlıları aldadıb – Şok açıqlama

Gürcüstan məhkəməsi bələdiyyə seçkilərində Saakaşvilinin Vahid Milli Hərəkat partiyasından Marneuli rayonu üzrə namizədliyi irəli sürülmüş Əhməd İmamquliyevin seçki saxtakarlığı haqda iddiasını təmin etməyib.

Ə. İmamquliyev Publika.az-a açıqlamasında bu qərarı siyasi qərar adlandırıb: “Dünən məhkəmə oldu və bizim əlimizdəki faktları qəbul etmədilər. Məhkəmə sifarişli olaraq hakimiyyətin xeyrinə qərar çıxardı. Kamera görüntüləri olan məntəqələrin bir çoxundan kameralar yığışdırılmışdı.

Kamera olmayan məntəqələrlə bağlı bizim yazı faktlarımızı isə məhkəmə qəbul etmədi. Bizdən kamera görüntüləri istədilər, bildirdik ki, bu məntəqələrdə kameraların olmaması bizim deyil, hökumətin problemidir. Qərar hakimiyyətin xeyrinə çıxarıldı. Biz bu qərarı tanımırıq və siyasi qərar olduğunu hesab edirik”.

Ə. İmamquliyev bildirib ki, mübarizəni davam etdirəcək və yuxarı instansiyalara şikayət edəcəklər.

“Bununla hər şey bitməyib. Mən hüquqşünasımızla görüşdüm və lazımi tədbirlərin görülməsini müzakirə etdik. Sadəcə olaraq, ortada saxtakarlığın faktı var. Gürcüstan hakimiyyəti də azərbaycanlıları aldatdı”,– deyə azərbaycanlı namizəd vurğulayıb.

Qeyd edək ki, iyunun 15-də Gürcüstanda bələdiyyə seçkiləri keçirilib. Marneuli rayonu üzrə namizəd olan Ə. İmamquliyev seçicilərin böyük dəstəyini almasına baxmayaraq, qutudan hakim partiyanın namizədi Merab Topçıvaşvilinin adı çıxıb. Məlumat üçün bildirək ki, Gürcüstan idarəetməsində bələdiyyələr icra hakimiyyətlərini əvəz edir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm