İddia sübuta yetirilsə, baş nazir istefa verəcək
Bizi izləyin

Nida.az

İddia sübuta yetirilsə, baş nazir istefa verəcək

Publika.az “odatv”yə istinadən xəbər verir ki, DYP (Doğru Yol Partiyası) sədrinin müavini Kamal Abdullahoğlu FED-in (ABŞ-ın Mərkəzi Bankı – red) Türkiyənin Ziraat bankı ilə bağlı istintaq qərarı verməsinin mümkünlüyündən danışıb.

O deyib: “Ölkələrin iqtisadiyyatı ilə bağlı qərarlara istiqamət verən ABŞ-ın FED bankı bir dövlət müəssisəsi olan Ziraat Bankının Nyu-York şöbəsinə deyir: “Mənə fəaliyyətinlə bağlı plan ver. Çünki sənin 2012-ci ilin ikinci yarısında həyata keçirdiyin pulköçürmə əməliyyatları zamanı çirkli pullarla əlaqədar şübhəli məqamlar var. Altmış gün ərzində mənə bir plan hazırla”. Ziraat bankı da 13 səhifəlik fəaliyyət planını Türkiyədə təsdiqlədib FED-ə göndərib. FED öz növbəsində bunu rəsmi internet saytında yayımlayıb. Bu fövqəladə qərar etibarı sarsıdır”.

Abdullahoğlu iddia edir ki, FED bu cür qərarları yalnız 3-cü dünya ölkələri barəsində verir: “Ən pisi isə FED-in bu cür qərarı ictimaiyyətə yayımlamasıdır. Və bu o deməkdir ki, məsələ ciddidir. Təbii, FED-in şübhəli gördüyü əməliyyatlar embarqoya rəğmən, 17 dekabr rüşvət əməliyyatlarının baş rol ifaçısı Rza Zərrab vasitəsilə İrana transfer edilən pul əməliyyatlarıdır. Əgər FED-in bu istintaqda şübhə və iddiaları təsdiqini tapsa, cənab baş nazir və məsələ ilə əlaqədar nazirlər çox ciddi problemlərlə üzləşəcəklər. Və nəhayət, istefa vermək məcburiyyətində qalacaqlar. Onsuz da, bu cür əməliyyatları yüksək çinli məmurların dəstəyi olmadan etmək mümkün deyil”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm