Ermənistan Azərbaycana görə Kremldən üz döndərir
Bizi izləyin

Nida.az

Ermənistan Azərbaycana görə Kremldən üz döndərir

“Rusiyanın Azərbaycana silah satması Moskvanın müttəfiq dediyi Ermənistan üçün təhlükəli tendensiyadır”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin üzvü Atrak Zakaryan deyib. Erməni deputat iddia edir ki, bu, regionda təhlükəsizliyə təhdiddir: “Regionda silahlandırmanın müəyyən səviyyəsi var. Lakin Azərbaycana silahın satışı bu ölkənin hərbi gücünü artırır və hərbi-texniki planda tarazlığı pozur. Bununla yanaşı, Azərbaycan İsraildən də silah alır. Həmçinin Rusiyanın müttəfiqi Belarusdan, eləcə də dünənə qədər müttəfiq olan Ukraynadan da silah idxalını gerçəkləşdirir. Minsk qrupu buna nəzarət etməlidir”.

Erməni deputat qeyd edib ki, Ermənistan müttəfiqlərini yenidən gözdən keçirməlidir.

“Hansı ki bu gün Azərbaycana silahı bizim müttəfiqimiz Rusiya satır. Bu, faktiki olaraq, Moskvanın İrəvanda üz döndərməsi, daha konkret satmasıdır. Moskva bunu Bakının Avrasiya İttifaqına gəlməsi üçün edir. Amma bu da faktdır ki, burda itirən Ermənistandır. Buna görə də hesab edirəm ki, müttəfiqlərimizi yenidən gözdən keçirməliyik”,- deyə erməni deputata bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm