YAP parlamentdə daha bir deputatını itirdi
Bizi izləyin

Nida.az

YAP parlamentdə daha bir deputatını itirdi

Prezident İlham Əliyevin sərəncamı ilə YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) sədr təyin edildi.

Publika.az xəbər verir ki, konstitusiyanın 85-ci maddəsinə görə, icra hakimiyyəti sistemlərində qulluq edən şəxs Milli Məclisin deputatı ola bilməz. Bu baxımdan, M. Qurbanlı deputatlıq mandatı ilə vidalaşacaq. Beləliklə də, hakim partiyanın Milli Məclisdəki üzvlərinin sayı 67-yə düşəcək.

Qeyd edək ki, bundan əvvəl Gülər Əhmədova mandatından imtina etmişdi. Daha sonra deputat Hikmət Atayev avtomobil qəzasında dünyasını dəyişdi.

Ötən ilin dekabr ayında isə dövlət başçısının sərəncamı ilə hakim partiyanın parlament fraksiyasının rəhbəri Əli Əhmədov baş nazirin müavini təyin olunmaqla qanunvericiliyə uyğun olaraq deputat mandatını təhvil verdi.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov da Publika.az-a açıqlamasında Mübariz Qurbanlının deputatlıqdan gedəcəyini təsdiqləyib.

“Qanunvericiliyə görə, icra orqanlarında işləyənlər deputat ola bilməz. Buna görə də Mübariz Qurbanlı Milli Məclisdən ayrılacaq”,- deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm