Sessiyanın KXCP-də keçirilməməsində kim maraqlıdır? - Qalmaqal
Bizi izləyin

Nida.az

Sessiyanın KXCP-də keçirilməməsində kim maraqlıdır? - Qalmaqal

Milli Şura yay fəslində istirahətə çıxmasa da, sessiyanı da keçirə bilmir. Buna səbəb kimi isə yer probleminin olduğu deyilir. Buna qədər sessiyalar KXCP-nin qərargahında keçirilsə də, sonuncu sessiyadakı məlum üzvlük məsələsi və klassiklərin buna etiraz olaraq istefa istəkləri bu imkanı da əldən çıxartdı.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal Publika.az-a açıqlamasında deyir ki, onlar sessiyanı yenidən KXCP-də keçirmək istəmirlər: “Mən bəzi məsələləri açıqlamaq istəmirəm, amma son sessiyada baş verənlərin hardan qaynaqlandığı bəllidir. Biz sessiyanı yenə orda keçirsək, yenə eyni şeylər baş verəcək. Buna görə də daha sakit yer istəyirik”.

O, yerlə bağlı hökumətə müraciət etmək istəklərinin olduğunu deyib. Lakin bu məsələnin tam razılaşdırılmadığını da bildirib.

KXCP sədrinin müavini Xəzər Teyyub isə Publika.az-a açıqlamasında deyib ki, onların qərargahı Milli Şura üçün daim açıqdır: “Bizim qərargahımızda müxtəlif siyasi tədbirlər keçirilir, heç kəsə də bu günə qədər yox deməmişik. Milli Şuranın sessiyasının bizim qərargahımızda keçirməsi problem deyil. Amma özləri istəmirlər. Əgər istəmirlərsə, biz daha nə edə bilərik”.

Milli Şura sədri Cəmil Həsənli isə problemin KXCP ilə bağlı olmadığını deyib. O, Publika.az-a açıqlamasında deyib ki, heç bir özəl obyekt onlara yer vermək istəmir: “İstər otellər, istər mətbuat mərkəzləri. Nə üçün? Biz bunun səbəbini bilmək istəyirik”.

Hazırda Milli Şura daxilində fikir ayrılığı yaranıb. Funksionerlərin hər biri problemi başqa cür izah edir. Lakin Publika.az-a daxil olan məlumata görə, sessiyanın KXCP-də keçirilməsini AXCP sədri Əli Kərimli istəmir.

“Son sessiyadan sonra KXCP-nin getməsinin qarşısı alınsa da, AXCP onların qalmasında o qədər də israrçı deyillər. Çünki Əli Kərimli hesab edir ki, sessiyanın KXCP-də keçirilməsi bu partiyanın Milli Şurada liderliyə yüksəlməsinə səbəb ola bilər. Sonuncu sessiyada baş verən qalmaqal buna bəhanə oldu”,- deyə qurumun adını açıqlamayan üzvü bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm