“Ermənistana gedib son dərəcə vacib hərbi məlumatlar əldə etdim” - Tanınmış hərbi ekspertdən şok açıqlama
Bizi izləyin

Nida.az

“Ermənistana gedib son dərəcə vacib hərbi məlumatlar əldə etdim” - Tanınmış hərbi ekspertdən şok açıqlama

Hərbi ekspert Üzeyir Cəfərov Müdafiə Nazirliyinin ona qarşı təzyiqlər etdiyini iddia edib. Publika.Az xəbər verir ki, Ü. Cəfərov “Facebook” səhifəsində yazıb ki, ötən ilin oktyabrından Müdafiə Nazirliyinin rəhbərliyinə gətirilən general-polkovnik Zakir Həsənovun son vaxtlar ..qəbul etdiyi xeyli sayda əmr və qərarların mətbuatda davamlı müzakirəsi Müdafiə Nazirliyinin rəhbərliyini, həmçinin digər yüksək səviyyəli şəxsləri hiddətləndirib.

O, iddia edib ki, Müdafiə Nazirliyində olan yüksək rütbəli şəxslər ona və ailəsinə qarşı təzyiqlər edirlər: “... Və tam ciddi demək istəyirəm ki, əgər mənim övladımla, özümlə, ümumiyyətlə yaxın çevrəmlə bağlı hər hansı qanundan kənar hərəkətlərə yol verəcəksinizsə, bunun 3 qat bədəlinin ödəməli olacaqsınız. İndiyə kimi dəfələrlə məni haqqı-ədaləti müdafiə etdiyimə, heç nədən çəkinmədən sözümü deməyimə və yazdığıma görə şərləmək, qondarma cinayət işləri, məhkəmə çəkişmələri açmaq, 2007-ci ilin aprelində həyatıma sui-qəsd etmək, daha sonra şəxsi avtomobilimi yandırmaq və digər yaramazlıqlara əl atılıb. Gördüyünüz kimi bütün hədə-qorxulara, şantajlara , qanunsuzluqlara baxmayaraq məni əqidəmdən və tutduğum yoldan heç nə və heç kim çəkindirə bilməyib.

2001-ci ildə mən Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti ola-ola Ermənistana, işğal olunmuş ərazilərimizə çox vacib bir səfərə gedib, dövlətim və xalqım üçün son dərəcə vacib olan hərbi məlumatları da əldə etdim. Bu işlərin canlı şahidləri də var. Həm də Qarabağ savaşının birbaşa iştrakçısı olmuşam. Yəni, ölümün içərisinə girib çıxmış adamam. Burdan adlarını çəkdiyim və çəkmədiyim şəxslərə müraciət edirəm. Yığışdırın özünüzü”.

Hərbi ekspert qeyd edib ki, ona qarşı gəlmək əvəzinə Azərbaycanı parçalayan qüvvələrə, çevrələrə, ən əsası isə düşmənə qarşı getmək lazımdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm