Nida.az
Sabiq prokuror AXCP-dən istefa verdi - Fotofakt
Sabiq prokuror Qaraxan Ağayev Zilfi oğlu AXCP sıralarından
istefa verib. O bununla bağlı bəyanat verib.
Sabiq prokurorun Publika.Az -a təqdim etdiyi bəyanatda deyilir:
“Son zamanlar ölkənin ictimai-siyasi həyatında baş verən proseslər
digər siyasi fəallar kimi məni də çox məyus edib.
2013-cü il prezident seçkilərinin nəticələri göstərdi ki,
müxalifət partiyalarının yürütdüyü daxili və xarici siyasət kursu
sözün əsil mənasında demək mümkündürsə tam iflasa uğrayıb. Müxalif
siyasi partiyalar arasında olan çəkişmələr və düşmən münasibət
onların gələcək perspektivlərinin iflasa uğramasının bariz
nümunəsidir. Yuxarıda sadaladığım və göstərə bilmədiyim
arqumentləri əsas götürərək bəyan edirəm: Mən Ağayev Qaraxan Zilfi
oğlu AXCP sıralarından istefa edirəm. Gələcək fəaliyyətimi9
vətənimin suverenliyinə və ailəmə həsr edəcəyəm”.
Qeyd edək ki, bundan öncə Qarabağ veteranı Füzuli Bədirov da AXCP
sıralarını tərk etmişdi (http://publika.az/p/2186 ).
O, AXCP-də baş verənlərə etiraz etdiyini və bunun üçün istefa
verdiyini açıqlamışdı. Lakin AXCP bu istefanı təkzib etdi.Publika.Az –ın əldə etdiyi məlumata görə,
partiyadan yeni istefaların da olacağı gözlənilir.
Asif
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR