Ermənistan əsir düşən diversantından danışdı – Rəsmi
Bizi izləyin

Nida.az

Ermənistan əsir düşən diversantından danışdı – Rəsmi

Artuş Dalenoviç Petrosyan Tavuş əyalətinin vətəndaşıdır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Tavuş əyalətinin qubernatoru Ovik Abovyan çıxış edib .

O, Artuş Dalenoviçin həqiqətən Tavuş əyalətinin Çinari kəndində yaşadığını bildirib.

Qeyd edək ki, az öncə Müdafiə Nazirliyi bu gün saat 13.30 radələrində Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərdiyini və onların qarşısının alındığını bildirmişdi. İtkilər verərək geri çəkilən təxribat-diversiya qrupunun 4 üzvü məhv edildiyi, daha bir üzvü Berd rayonun Çinari kənd sakini 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərfindən tutulduğunu söyləmişdi.

Qeyd: Müdafiə Nazirliyinin rəsmi açıqlamasında Petrosyanın adı Karen, Ermənistanın rəsmi açıqlamasında isə Artuş qeyd edilir. Xatırladaq ki, qeyri-rəsmi məlumatlarda da Petrosyanın adı Artuş olaraq göstərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm