• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Əli İnsanov bu gün azadlığa çıxa bilər”

  • Nida.az
  • 31 Yanvar 2014 11:11
  • 1 139 Baxış
“Əli İnsanov bu gün azadlığa çıxa bilər”

“Əli İnsanovla bağlı hökmlər bu gün ləğv olunmalıdır, qanun belə tələb edir”.Bu barədə sabiq səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev Publika.Az –a açıqlamasında bu gün keçiriləcək məhkəmə iclası ilə bağlı deyib. Vəkil bildirib ki, sabiq nazirin azadlığa çıxmaq ehtimalı yüksəkdir, bunu qanun da tanıyır: “Bu günlərdə Ali Məhkəmənin plenum iclası keçirildi və orda 2003-cü il hadisələri ilə bağlı ittiham olunana müxalifət liderləri ilə bağlı bütün hökmlər ləğv edilərək birinci intansiyaya göndərildi. Bu da analoji işdir. Ora da Avropa Məhkəməsinin 6-ı maddə ilə bağlı qərarı idi. Burda da eynidir. Bu baxımdan hesab edirik ki, eyni forma Əli İnsanovun da işinə tətbiq olunmalı, ən azından iş birinci instansiyaya göndərilməlidir. Bizim bununla bağlı gözləntilərimiz var”.

Qeyd edək ki, “Yeni Müsavat” qəzeti hökumətdəki mənbələrə istinadən xəbər yayıb ki, Ə. İnsanovla hökumət arasında razılıq əldə olunub və o, azadlığa çıxdıqdan sonra siyasi proseslərə qoşulmaması şərti ilə bu gün azad edilə bilər.

T. Babayev isə bunu təkzib edir: “Bu yalandır, belə bir şey mümkün deyil. əgər belə olsaydı, bu günə qədər gözləmək lazım gəlməzdir”.

Xatırladaq ki, Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiyada ittiham olunaraq 11 il azadlıqdan məhrumetmə cəzası alıb.

2013-cü il martın 14-də Ə. İnsanovla bağlı qərarını açıqlayan Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib. Qərara əsasən, Azərbaycan hökuməti Ə. İnsanova 10 min avro kompensasiya da ödəməlidir.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR