Azərbaycan səfiri Soçiyə getdi - ÖZƏL
Bizi izləyin

Nida.az

Azərbaycan səfiri Soçiyə getdi - ÖZƏL

Bu gün Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiyanın Soçi şəhərinə yola düşüb.

Publika.az-a bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Məlumata görə, hazırda Azərbaycan səfiri təyyarədədir və bir qədər sonra Soçidə olacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin də Soçiyə səfəri gözlənilir. Ancaq bu barədə rəsmi məlumat verilməyib.

Xatırladaq ki, Ermənistanın baş naziri Ovik Abramyan avqustun 8-i və ya 9-da Rusiyanın Soçi şəhərində Ermənistan prezidenti Serj Sərkisyan və Azərbaycan prezidenti İlham Əliyev arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti görüşün keçiriləcəyini bəyan edib.

“Prezidentlərin görüşü avqustun 8-i və ya 9-da Soçidə baş tutacaq. Ümid edirik ki, görüşdə çox əhəmiyyətli razılaşma əldə olunacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm