Nida.az
Bayram Səfərov: “Azərbaycan prezidenti və xalqından üzr istəməlidirlər”
“Dağlıq Qarabağın Azərbaycan icması Prezident İlham Əliyevin siyasətini tam dəstəkləyir. Cənab prezidentimizin istənilən qərarını dəstəkləyəcəyik”.
Publika.az-a açıqlamasında bu sözləri Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov avqustun 10-da Soçidə Azərbaycan və Ermənistan prezidentləri arasında keçiriləcək görüşü şərh edərkən deyib.
B.Səfərov sözügedən görüşdə Azərbaycan prezidenti tərəfindən atılan istənilən addımın icma üçün məqbul olduğunu bildirib: “Hər bir Azərbaycan vətəndaşı cənab prezidentin qəbul etdiyi qərarı icra edir. Biz hər zaman demişik ki, möhtərəm prezidentimizin verdiyi hər bir qərar bizim üçün məqbuldur. Cənab prezident müharibə əmri versə, biz də dərhal müharibəyə gedəcəyik”.
B.Səfərov həmçinin qeyd edib ki, Ermənistan hakimiyyəti vəziyyəti bu qədər mürəkkəbləşdirməməli idi: “Ermənilərin ağlı olsaydı, vəziyyəti bu həddə çatdırmazdılar. Ermənilərin ağlı olsa, Azərbaycan xalqı və prezidentindən üzr istəyib bağışlanmasını xahiş edər və Azərbaycan bayrağı altına keçərlər. Əks halda, onların gələcəyi yoxdur. Sonra gec olacaq”.
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Ermənistan müdafiə naziri Seyran Ohanyanın Mingəçevir su anbarını partladacağı barədə söylədiyi fikirlərini də şərh edib: “O, sərsəm adamdır. Ondan daha nə gözləmək olar? Ermənistan Mingəçevir su anbarını partladarsa, o zaman Azərbaycan bütün Ermənistanı yer üzündən silər. Digər tərəfdən isə, Azərbaycan Ermənistan üçün hər hansı bir “çırtdan dövlət” deyil. Azərbaycanın güclü ordusu və hava hücumundan müdafiə sistemləri var. Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusu öz torpaqlarını işğaldan azad edəcək”.
Vasif Həsənli
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu