İlham Əliyev İran və Çin rəhbərliyinə başsağlığı verdi
Bizi izləyin

Nida.az

İlham Əliyev İran və Çin rəhbərliyinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev İran və Çinin dövlət başçılarına başsağlığı verib.

İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə ünvanlanmış bassağlığında deyilir:

"Hörmətli cənab Prezident, Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"

Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanlanan bassağlığı məktubunda deyilir:

"Hörmətli cənab Sədr, Tibet dağlarında turist avtobusunun qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri məni olduqca kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm