Cəmil Həsənlinin İsa Qəmbərə “yox” deməsinin səbəbi açıqlandı
Bizi izləyin

Nida.az

Cəmil Həsənlinin İsa Qəmbərə “yox” deməsinin səbəbi açıqlandı

Dünən Müsavat Partiyasının başqanı İsa Qəmbərin təşəbbüsü ilə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında keçirilən tədbirdə Cəmil Həsənlinin iştirak etməməsi qalmaqala səbəb olub. Bir çox siyasi partiya rəhbərləri C.Həsənlini buna görə qınayırlar.

Məsələ ilə bağlı C.Həsənlinin mövqeyini öyrənmək istəsək də, telefonu bağlı olduğundan bu mümkün olmayıb.

Publika.az-a açıqlamasında Milli Şuranın mətbuat katibi Oqtay Güləliyev bildirib ki, C.Həsənlinin dünənki tədbirdə iştirak etməməsinin obyektiv səbəbləri olub.

“Milli Şura rəhbərliyinə tədbirdə iştirak üçün dəvət gəlmişdi. Lakin Cəmil Həsənli obyektiv səbəblərdən tədbirdə iştirak edə bilməyib. Yəqin ki, özü bu barədə ətraflı açıqlama verəcək”,- deyə o qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm