“Dəvətləri Mirmahmud bəy göndərib”- YENİ QALMAQAL
Bizi izləyin

Nida.az

“Dəvətləri Mirmahmud bəy göndərib”- YENİ QALMAQAL

“Müsavat dünənki görüşlə bağlı heç kimə dəvət göndərməyib”.

Publika.az-a açıqlamasında bu sözləri Müsavat Divanının üzvü Tural Abbaslı Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında keçirilən tədbirə Milli Şura sədri Cəmil Həsənli və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin qatılmamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, tədbirin keçirilməsi təşəbbüsü İ.Qəmbərdən gəlib: “Mirmahmud bəy də buna dəstək verdi və razılıq əldə olundu ki, bütün dəvətləri KXCP göndərsin. Dəvətləri də Mirmahmud bəy göndərib. İdeya belə olub ki, həbslərlə bağlı siyasi partiyalar ortaya konkret mövqe qoysunlar. Dünənki tədbirdə sual yarandı ki, nə üçün Əli bəylə Cəmil bəy iştirak etmir. Mirmahmud bəyin dediyinə görə, Cəmil bəy gələ bilməyəcəyini bildirib, amma Əli bəyi dəqiq bilmirəm”.

Müsavat üzvü qeyd edib ki, burada hansısa partiyanın siyasi marağı yoxdur: “Yaxud da hansısa siyasi partiyanın üstünlük əldə etməsi, digərini kölgədə qoyması kimi məqsəd olmayıb”.


Qeyd edək ki, KXCP-nin qərargahında baş tutan tədbirin təşəbbüskarı İsa bəy olduğu üçün Milli Şura rəhbərliyi Əli Kərimli və Cəmil Həsənli görüşə qatılmayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm