Eks-spikerə 30 min dollar "atan” partiya sədri – DANIŞDI
Bizi izləyin

Nida.az

Eks-spikerə 30 min dollar "atan” partiya sədri – DANIŞDI

Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin eks-spiker Rəsul Quliyevə 30 min dollar pul “atdığı” iddia olunur.

Publika.az xəbər verir ki, yayılan məlumatlara görə, hadisə ötənilki prezident seçkiləri ərəfəsində baş verib.

Seçkilər ərəfəsində ABŞ və Avropada R.Quliyevlə bir neçə dəfə görüşən F.Əliyev seçkilərdə iştirakı üçün ciddi dəstək verəcəyinə eks-spikeri inandırıb. F.Əliyev bildirib ki, bu məqsədlə qısa müddətdə kütləvi oxucu auditoriyası olan sayt və internet televiziyası yaratmaq iqtidarındadır. Azpolitika.info-nun məlumatına görə, R.Quliyev bunun üçün F.Əliyevə 30 min dollar pul verib.

F.Əliyev partiyasının bir otağını “studiyaya” çevirərək internet televiziyası açdığını elan edib. Lakin xeyli vaxt keçsə də, layihənin uğur qazanmadığını görən R.Quliyev narazılıq etməyə başlayıb. “Seçki kampaniyasını” işıqlandırmaq məqsədilə yaradılmış “TV”-nin onlayn izləyicilərinin sayının həmin anda cəmi 7 nəfər olduğundan qəzəblənən eks-spiker maliyyənin dayandırılmasını tapşırıb.

Daha sonra F.Əliyevin prezidentliyə namizədliyini irəli sürdüyünü görən R.Quliyev aldadıldığını görərək onunla münasibətləri kəsib.

Publika.az-a açıqlamasında F.Əliyev bu iddiaları təkzib edib.

“Mən heç bir iddiaya cavab vermək niyyətində deyiləm. Xüsusilə də bu cür gic-gic iddialarla bağlı heç danışmaq istəmirəm. Mənim Rəsul bəylə münasibətlərim həmişə olub, indi də bu münasibətlər qalır. Prezidentliyə namizədliyini vermək hər bir vətəndaşın hüququdur, eləcə də mənim. Bunların münasibətlərimizə dəxli yoxdur. Görünür, kimlərsə gic-gic xəbərlər yazırlar”, - deyə ALDP sədri bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm