Nida.az
Qurbanovlara qarşı təzyiqdə Putin izi - Özəl
Avqustun 16-da Dərbəndin Birici qəsəbəsində rayon icra hakimiyyətinin başçısı Qurban Qurbanova qarşı aksiya keçirilib.
Publika.az-ın Dağıstandakı mənbələrdən əldə etdiyi özəl məlumata görə, aksiyada Q.Qurbanovun istefası tələb olunub.
Q.Qurbanovu aksiyada qanunsuz əməllər törətməkdə ittiham ediblər. Aksiyaya heç bir polis müdaxiləsi olmayıb.
Qeyd edək ki, iyulun 23-də Dağıstan rəhbəri Ramazan Abdulatipov
dövlət televiziyası ilə çıxış edərək Qurbanovu istefaya çağırıb. Q.
Qurbanov isə bu posta əhali tərəfindən seçildiyini əsas gətirərək
istefa verməkdən imtina edib. Ardınca avqust ayının 8-də Dağıstan
baş prokurorluğu yanında İqtisadi cinayətkarlığa qarşı mübarizə
idarəsi icra hakimiyyətinin binasına basqın edərək 7 illik
sənədləri müsadirə edib. Hazırda rayon icra hakimiyyətinin heç bir
fəaliyyət göstərmədiyi deyilir.
Əldə etdiyimiz məlumata görə, Qurbanovun istefa tələbi Rusiya prezidenti Vladimir Putinin Şimali Qafqaz üzrə xüsusi nümayəndəsi, milliyətcə ləzgi olan general-leytenant Sergey Melikov tərəfindən irəli sürülüb. Ona qarşı kampaniyanı Dərbənd şəhər icra hakimiyyətinin başçısı İmam Yaraliyev və keçmiş kəşfiyyatçı kimi tanınan Mübariz Musralov aparır.
Mənbənin sözlərinə görə, Qurbanovun qarşısına tələb qoyulub ki, keçmiş ədliyyə naziri milliyətcə tabarasanlı olan Azadi Rəhimovu özünə müavin təyin etsin. Ardınca özü istefa versin və onun vəzifəsini Rəhimov icra etsin. “Bu vəzifə seçkili olduğu üçün Qurbanovun prezident tərəfindən sərəncamla çıxarılması mümkün deyil. Növbəti seçkilər isə 2015-ci ildə keçiriləcək”, - deyə mənbə qeyd edib.
Mənbə iddia edir ki, Qurbanovun həbs təhlükəsi də var. Ona qarşı növbəti aksiyaların olacağı gözlənilir.
Asif Nərimanlı
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər