Emin Hüseynov ABŞ səfirliyindən köçürüldü - Gizli
Bizi izləyin

Nida.az

Emin Hüseynov ABŞ səfirliyindən köçürüldü - Gizli

RATİ sədrinin dünən gecə ABŞ səfirliyindən çıxaraq İsveçrə səfirliyinə aparıldığı bildirilir.

Bu barədə Hafta.az-a Əli İsmayılov adlı şəxsin elektron ünvanından məlumat göndərilib.

Məlumatda bildirilir ki, son günlər bir-neçə tanınmış hüquq müdafiəçisi və vəkilin həbs edilməsindən sonra özünün də həbs təhlükəsi ilə üzləşdiyini ehtimal edən RATİ sədri həyat yoldaşı, əslən ABŞ vətəndaşı olan Sara xanımın səyləri ilə ABŞ-ın Azərbaycandakı səfirliyində gizlənib: “Kiçik qardaşı, tanınmış foto reportyor Mehman Hüseynovu da özü ilə gizlədən Emin Hüseynovun ABŞ səfirliyində gizlənməsi barədə bir sıra KİV orqanlarında məlumat yayıldıqdan sonra ABŞ səfirliyi bu barədə rəsmi təkzib versə də, səfirlikdə çox qala bilməyən Emin Hüseynovun başqa bir xarici səfirliyə köçürülməsi qərara alınıb.

Belə ki, ötən gün gecə saatlarında ABŞ səfirliyinin xahişi ilə Emin Hüseynovu İsveçrənin Bakıdakı səfirliyinə aparıblar. E.Hüseynov səfirliyə məxsus qırmızı nömrəli, tünd şüşəli Jeep avtomobilində ABŞ səfirliyindən çıxaraq, İsveçrə səfirliyinə gəlib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm