Nida.az
“Qərb Tiflis üzərindən Bakını ələ almaq istəyir” – Naxçıvan görüşü haqda iddia
“İrəvana gələcək Gürcüstan baş naziri İrakli Qaribaşvili ehtimal ki, Naxçıvanda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşünü izah etmək məcburiyyətində olacaq”.
Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu belə bir iddia ilə erməni politoloqu Akop Badalyan çıxış edib.
O, faktiki olaraq üçtərəfli qeyri-formal blokun yaradıldığını bildirib: “Hər halda, tərəflər yarım ildən sonra birgə təlimlər keçirməyə və yenidən görüşməyə razılıq veriblər”.
Erməni politoloqun sözlərinə görə, Gürcüstan bu blokun Ermənistana qarşı yaradılmadığını izah etməlidir: “Artıq neçə ildir ki, rəsmi Tiflis Gümrüdəki Rusiya hərbi bazasının Gürcüstana qarşı olmadığı barədə Ermənistandan zəmanət almağa çalışır. Faktiki olaraq erməni-gürcü münasibətlərində qarşılıqlı etibarsızlıq müşahidə olunur. Gürcüstan əmin deyil ki, Rusiya ona qarşı provokasiyalar üçün Ermənistan ərazisindən istifadə edəcəyi halda İrəvan Moskvanı dayandıra biləcək. Digər tərəfdən, Azərbaycan və Türkiyənin Gürcüstan üçün təhlükəsizlik zəmanəti verə biləcəyi də çətindir. Güman ki, NATO tərəfdaşı olan Gürcüstana bu ittifaqda yer alması üçün tapşırıq verilib”.
Vaşinqton və Brüsselin Gürcüstan üzərində təsirinin böyük olduğunu bildirən A.Badalyan hesab edir ki, Qərbin Tiflis vasitəsilə Bakını ələ almaq istədiyi barədə ehtimallar irəli sürmək olar: “Bu Gürcüstanın regional əhəmiyyətini yüksəldə bilər. Regionda Türkiyə və Azərbaycanın təsirinin artması ilə müqayisədə bu Ermənistan üçün daha sərfəlidir”.
Asif
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq